“Yurda dönüş və müasir qloballaşan dünya”
04.06.2024 [12:01]
Millət vəkili, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusunda tədbir keçirilib.
39 saylı tam orta məktəbdə keçirilən tədbirdən öncə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, həmçinin, Ümumilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə məktəbin direktoru, Milli Qəhrəman Şahlar Şükürovun bacısı Tahirə Şükürova çıxış edərək qonaqları salamlayıb və millət vəkili Hikmət Babaoğlunun yaradıcılıq yolu, mükafatları, elmi əsərləri, dərslik və metodik vəsaitləri haqda geniş məlumat verib.
Millət vəkili, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək tədbirin təşkili üçün 39 saylı tam orta məktəbin rəhbərliyinə təşəkkür edib və mövzunun əsasını təşkil edən kitabların zəngin təfərrüatı barədə, eyni zamanda, tədbir üçün seçilmiş mövzu ilə bağlı ölkə rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən beynəlxalq səviyyədə görülən işlərin səciyyəvi xarakterini analiz edərək, öz dədə-baba torpaqlarımıza dönüşlə nəticələnən müasir Azərbaycan siyasətinin unikallığı haqqında geniş nitq söyləyib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Şahbaz Balakişiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər çıxış edənlər tədbirin əhatə etdiyi mövzunun aktuallaığı barədə ətraflı bəhs ediblər. Müasir və qloballaşan dünyada ölkəmiz və dövlətimizin sahib olduğu ciddi qalibiyyət zirvəsindən, bu zirvədə Azərbaycan adının məhz ölkə rəhbəri İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olaraq yer almasını vurğulayan qonaqlar, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müəllifi olduğu kitabların məzmunu, günümüzü əhatə edən “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusuna müəllifin peşəkar yanaşması və təhlilləri barədə öz fikirlərini bildiriblər.
Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Cənab Ali Baş Komandan” şeirinin əsasında 39 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

