Şuşa Bəyannaməsi: Sarsılmaz qardaşlığın nümunəsi
12.06.2024 [11:44]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan müstəqil dövlət olaraq davamlı olaraq inkişaf edir, yeni –yeni nailiyyətlərə imza atır. Nailiyyətlərimizin zirvəsində isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır. Postmüharibə mərhələsində Azərbaycan həm şanlı Qələbənin siyasi-diplomatik müstəvidə gücləndirilməsi, həm ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsi, həm də regionda təhlükəsizlik mühitinin möhkəmləndirilməsi üçün önəmli addımlar atır. Belə strateji fəaliyyətin nəticələrindən biri də üç il əvvəl – 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır.
Qars müqaviləsindən 100 il sonra iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsində bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Ən əsası, Bəyannamə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib. Sənədə əsasən, tərəfdaşlıq əlaqələri iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərlə yanaşı, hərbi-strateji sahəni də ehtiva edir. Bu isə iki dövlətin milli təhlükəsizliyinin təmin olunması üçün ortaq siyasi iradənin sərgilənməsi – birgə strateji fəaliyyətinhəyata keçirilməsidir. Digər vacib məqama nəzər salaq. Bəyannamədə vurğulanıb ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, olduqca vacib məqam və prinsipial məsələdir.
Sənədin imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq”,-deyə vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.
Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm çoxşaxəli, həm də ən yüksək zirvədədir. Tərəflər beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Regionda yeni geosiyasi nizam isə məhz Azərbaycan və Türkiyənin aparıcı mövqeyi fonunda formalaşır. “Şuşa İli”ndə - 2022-ci ildə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı və prezidenti tərəfindən təsdiqlənməsi Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət edərək yeni nailiyyətlər qazanmaq – yeni zirvələr fəth etmək iradəsini, əzmini və qüdrətini göstərir. Dünya bir daha Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin sarsılmazlığını görür. Biz isə dünyaya birlikdə güclü olduğumuzu nümayiş etdiririk. Biz bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı ilə qürur duyuruq!
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

