Azərbaycanın türk dünyasının birliyinə töhfələri davamlıdır
08.07.2024 [11:38]
İyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü Qazaxıstanın paytaxtı Astana şəhərində keçirildi. İyulun 3-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edən dövlət başçısı İlham Əliyevin Zirvə görüşündən öncə keçirdiyi görüşlər ölkəmizin, Prezidentin beynəlxalq nüfuzunun təqdimatı oldu. Əsas prinsipləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi olan və çoxsaylı ölkələri birləşdirən ŞƏT hazırda qlobal əməkdaşlıq platforması kimi qəbul edilir. Azərbaycanın ŞƏT-lə əməkdaşlığının tarixinə qlsa nəzər salaq. 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyev artıq ikinci dəfə ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısında iştirak etdi. Bu kontekstdə Azərbaycan ilə ŞƏT, habelə təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirdikdə tərəflərin əməkdaşlıqda maraqlı olduqlarını görürür və səylərini günbəgün artırırlar.
Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlar kimi geniş təhlil edilir. Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlığa səy göstərir.
ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Zirvə görüşü üzv ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsas məqsədləri üzv dövlətlər arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Astanada “ŞƏT plyus” formatında keçirilən budəfəki sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatıldılar. Azərbaycanın belə mötəbər təşkilatın sammitinə dəvət olunması ölkəmizin, xüsusilə İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsi oldu. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında son iki ildə Qazaxıstana dörd, bu müddətdə Qazaxıstan Prezidentinin Azərbaycana üç dəfə səfər etdiyini xatırladaraq bu mühüm məqamın ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verdiyini diqqətə çatdırdı. Həmçinin bildirildi ki, Azərbaycan ikinci dəfədir ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu, Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
İyul ayının 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü də mühüm məqamlara işıq saldı. Türk dünyasının birliyi istiqamətində aparılan fəaliyyət Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirməkdədir. Hazırda türk dünyası getdikcə artan əhalini və əhali tərkibində gəncliyin üstünlüyünü, zəngin təbii sərvətləri, şaxələnmiş nəqliyyat yollarını, türkdilli ölkələr arasında tarixi-mənəvi bağları birləşdirən geniş bir coğrafiyanı əhatə edir. Ona görə də hər bir toplantı, hər bir sammit, konfrans məhz bu məqsədlərə doğru atılan addımdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Zirvə görüşü türk dövlətləri arasında növbəti davamlı təmaslara, birliyimizin möhkəmləndirilməsinə müsbət təsir göstərəcək. "Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması" mövzusunda keçirilən Zirvə görüşündəki çıxışında cənab İlham Əliyev Azərbaycanın tranzit imkanlarından, ölkələr arasında körpü rolundan geniş bəhs etdi. Bildirdi ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.
Türk dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsi üçün geniş imkanlar yaranır. Cənab İlham Əliyev çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürmüşdür.
Şuşa Zirvə görüşü çərçivəsində imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Prezident İlham Əliyev “XXI əsr türk dünyası əsri olmalıdır” çağırışını etdi. Bu çağırış türk dünyasının birliyi, həmrəyliyi istiqamətində əldə olunan uğurlara əsaslanır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

