Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək
09.07.2024 [16:38]
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Prezident İlham Əliyev görüşdə çıxış edərək Azərbaycan həqiqətlərindən, mövcud reallıqlardan, Ermənistanın ölkəmizə qarşı illərdir apardığı düşmənçilik siyasətindən, 2020-ci ildə əldə edilən tarixi Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının sürətlə icra olunmasından, bu il ev sahibliyi edəcəyimiz COP29 - un əhəmiyyətindən, Türk dünyasının sıx birləşməsi naminə Azərbaycanın göstərdiyi səylərdən bəhs edib, olduqca mühüm məqamlara toxunub.
Ölkə başçısı keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşünün rəmzi məna daşıdığını vurğulayıb.
“Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir”-deyən Dövlətimizin başçısı Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərdiyini söyləyib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Ölkə başçısı Türk Dövlətlərinin böyük coğrafi məkanı əhatə etdiyini, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunduğunu, hərbi potensialın döyüş meydanlarında özünü dəfələrlə göstərdiyini bildirib. Cənab Prezident əlavə edib ki, zəngin təbii resurslar , onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət Türk Dövlətlərinin böyük sərvətidir. Dövlətimizin başçısı xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyinin və eyni etnik köklərə malik olmalarının ölkələrimizi sıx birləşdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Ölkə başçısı xalqımızın bu işğalla heç vaxt barışmadağını, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşadığını və buna nail olduğunu bildirib. “ 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir”-deyən Prezident İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olduğunu və beləliklə, İkinci Qarabağ müharibəsinin başa çatdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Dövlət başçısı çıxışında bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu, Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etdiyini, indi isə bu torpaqlara həyatın qayıtdığını bildirib. Ölkə başçısı “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkünün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtdığını, bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdacağını vurğulayıb.
Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.
Ölkə başçısı Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini, artan yükdaşımaları nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəminin inşa edildiyini, gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcəyini bildirib. Dövlət başçısı onu da əlavə edib ki, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, bu tədbirə sədrlik və tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.
Ölkə başçısı imzalanan Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini bildirib.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

