İdman sahəsində qazandığımız uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır
19.08.2024 [15:58]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlət başçımızın diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurla davam edir.
Dünyanın ən mötəbər yarışlarında – Olimpiya, Paralimpiya oyunlarında, dünya, eləcə də Avropa çempionatlarında, həmçinin digər nüfuzlu turnirlərdə qazanılan qələbələr, respublikamızın demək olar ki, bütün bölgələrində qurulan mükəmməl idman infrastrukturu beynəlxalq dairələrdə də dönə-dönə vurğulandığı kimi, Azərbaycanı getdikcə möhkəmlənən, qabaqcıl idman dövlətinə çevirib.
Təqdirəlayiq haldır ki, bu gün ölkəmizin hər yerində idmanla məşğul olmaq üçün geniş imkanlar mövcuddur. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edilib və bu proses davam etdirilir. Azərbaycan bu gün ən mötəbər idman yarışlarınınyüksək səviyyədə təşkili üçün müasir standartlara cavab verən infrastruktura malikdir.
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır və məhz dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amildir.İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.
Fəaliyyəti bir əsrdən artıq dövrü əhatə edən Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş bir çox ölkələr Olimpiya fəlsəfəsinin təbliği, Olimpiya Oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzun müddətli təcrübəyə malikdirlər. İdman yarışları arasında xüsusi yer tutan Olimpiya Oyunları dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə, ölkəmizin dünyanın ən güclü 30 ölkəsi arasında yer alması böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir.
Ölkə başçımız cənab Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüş keçirib. Görüş maraqlı anlarla yadda qalıb. Prezident İlham Əliyev ilk növbədə idmançılarımızı və onların məşqçilərini qələbə münasibətilə təbrik edib, onlara öz təşəkkürünü bildirib.
Görüş zamanı cənab Prezidentimiz öz nitqində idmançılarımızın xalqımızı necə sevindirdiyini, Fransada həyata keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etdiklərini, hətta Azərbaycan Bayrağını dəfələrlə ucaltdıqlarını qeyd edərək, eyni zamanda vurğulayəb ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu bu yarışa xüsusilə hazırlaşır.
Möhtərəm Prezidentimiz qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident cənab İlham Əliyev, həmçinin, uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara da öz minnətdarlığını ifadə etdi. O vurğuladı ki, biz bu qələbələrlə kifayətlənməməli, növbəti Olimpiya Oyunlarında daha yaxşı nailiyyətlər nümayiş etdirmək üçün hazırlıq işlərinə indidən başlamalıyıq. Görüşün sonunda cənab İlham Əliyev idmançılarımıza yeni-yeni uğurlar arzuladı.
Dövlət başçısı tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad, idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsində dövlət qayğısını əks etdirən bu kimi görüşlərin böyük rolu var.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

