Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir
20.08.2024 [12:53]
Bu gün gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı istiqamətində sistemli, ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, ölkəni beynəlxalq müstəvidə layiqincə təmsil etmələri baxımından onlara yüksək etimad göstərilir. İdman təkcə fərdi sağlamlığın deyil, həm də cəmiyyətin firavan gələcəyinin, gənc nəslin fiziki və mənəvi inkişafının təməl daşlarından biridir. Sağlam cəmiyyət qurmaq və xoşbəxt gələcəyi təmin etmək üçün uğurlu idman siyasətinin həyata keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı ən mühüm xidmətlərindən biri də idmanın inkişafı ilə bağlıdır. Ölkə başçımız həm də Milli Olimpya Komitəsinin rəhbəri kimi idmanın inkişafına xüsusi diqqət yetirir. Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində idman arenaları, müasir komplekslər tikilərək gənclərin ixtiyarına verilir. Ölkəmizdə idmanın maddi-texniki bazası möhkəmləndirilir, idmançıların sosial-məişət problemlərinin həlli daim diqqətdə saxlanılır. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.
Ölkəmizin idmançıları bu il Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da uğurlu nəticələr göstərdilər. Biz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq, 2 qızıl, 2 gümüş və 3 bürünc medalın sahibi olduq. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi. Dövlətimizin başçısı müsəlman ölkələri arasında Azərbaycanın üçüncü yerdə qərarlaşmasını xüsusi vurğulayaraq, ölkəmizdə idmanın inkişafından danışdı və qeyd etdi ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq: “Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var”.
Görülən işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu təkcə idmanın inkişafı deyil, həm də ölkəmizin beynəlxalq təqdimatıdır. Cənab Prezident özü də idmanın önəmi ilə bağlı örnək nümayiş etdirir. Prezidentimizin qatıldığı tədbirlərdə, açılışlarda idman hərəkətləri gənc nəslə sağlam və düzgün həyat tərzi keçirmək üçün əlavə stimul verir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

