Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 27 sentyabr - Qürur və Zəfər tarixi

27 sentyabr - Qürur və Zəfər tarixi

25.09.2024 [14:21]

Hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. 27  sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu şanlı qələbəyə aparan yolun başlanğıcını qoydu.Bu qələbə bizə asanlıqla başa  gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi. Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı.

Vətən müharibəsi dövründə  Möhtərəm Prezidentimizin  xalqa müraciətlərində yalnız qələbə xəbəri eşidir, işğaldan azad olunan ərazilərin adlarını böyük səbirsizliklə gözləyirdik. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən hər zaman bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik. Bu müraciətdə şəhidlərimizin əziz xatirəsi yad edildi, onların haqq-ədalət savaşında göstərmiş olduqları şücaətin bənzərsizliyi vurğulandı.

Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında düşmən tab gətirə bilmədi. Ermənistan deyilən ölkə dünyada rəzalət durumuna düşdü. Belə ki, onlar mövqelərini atıb qaçır, fərar edirdilər. Azərbaycan Ordusu isə hər gün daha irəli gedirdi. Beləliklə, Müzəffər Ali Baş Komandanımızın dərindən düşünülmüş döyüş startegiyası nəinki Ermənistanı bütövlükdə erməni faşizmini iflasa uğratdı.

Möhtərəm Prezidentimiz daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və belə də oldu. Ölkə başçımızın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi mübarizəmizin şüarına çevrildi. 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların aça bilmədiyi Qarabağ düyünü Azərbaycan Ordusunun gücü ilə açıldı. Və bununla da Azərbaycan öz ədalətli qələbəsini əldə etdi.

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşdi. Heç bir şübhə yoxdur ki, bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi.

Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın  müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistana rəşadətli ordumuzun verdiyi “Qisas”, “Qətiyyətli addım” kimi dərslər də Silahlı Qüvvələrimizin artan imkanlarının, gücünün təqdmatı oldu. Silahlı Qüvvələrimiz ötən ilin  20 sentyabr tarixində suverenliyimizi tam bərpa etməklə müstəqillik tariximizin növbəti Zəfər səhifəsini yazdı. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı.

Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarixdə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən cənab İlham Əliyev müəllim və tələbə heyəti ilə görüşündə bildirdi ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir. O ki qaldı, antiterror əməliyyatının keçirilməsinə, burada da cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam Zəfəri ilə başa çatdı.

Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü, 20 sentyabrın Dövlət Suverenliyi Günü  kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31