Tarix bizə qürurverici illər yaşadır
26.09.2024 [17:00]
Bu gün tariximizlə, yaşadığımız zəfər təntənəsi ilə qürur duyuram. Dünyada söz sahibinə çevrilən ölkəmin lideri ilə fər edirəm. Onun ağıllı iqtisadi, siyasi və hərbi siyasəti, ordumuzun qəhrəmanlığı hesabına erməni seperatizmin kökü Azərbaycanda kəsildi və tarizimizdə ilk dəfə ərazi bütövlüyü təmin edilən ölkənin vətəndaşları kimi yaşamağa başladıq. Cənab Prezidentin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı dərin məzmunlu, sərrast təhlil xarakterli planlardan xəbər verdi. Nəyi necə edəcəyimizin yolları göstərildi. “Bu gün bu fürsətdən istifadə edərək ölkə qarşısında duran bəzi vəzifələr haqqında öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istərdim. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır.
Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik” Cənab Prezident çıxışına davam edərək bildirib. “Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.” Bununla yanaşı qarşıda böyük məsələlər durur ki, onların da həlli sürətlə həyata keçirilir. Qarabağı yenidən qurmaq, yaralarını sağaltmaq, Şərqi Zəngəzuru bərpa etmək olduqca vacibdir. İnsanlar ora qayıtmalıdır və təhlükəsiz, hər şəraiti olaraq yaşamalıdır. Ümumiyyətlə, Vətən müharibəsindən sonrakı sərhəd toqquşmalarında, antiterror tədbirlərində də Azərbaycan Ordusu bir daha beşinci nəsil müharibəni apara bilmək iqtidarında olduğunu dünyaya nümayiş etdirdi.
Azərbaycan Silahlı Qüvvələrində Türk ordu modelinə keçid kifayət qədər sürətlə davam edir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan müharibədən sonrakı dövrdə də ordu quruculuğu və silahlı qüvvələrin təminat və təchizatında çox mühüm addımlar atır. Bu gün Azərbaycan hərbi-texniki sahədə həm Türk Dövlətləri Təşkilatı üzvləri, həm də digər müttəfiq və dost ölkələrlə uğurlu əməkdaşlığa malikdir. Ordumuz müharibədən sonrakı illərdə də beynəlxalq reytinqini hər il daha da artırır. Təsadüfi deyil ki, Azərbaycan ordusu bu gün dünyanın güclü orduları sırasında yer alır. Bunlar əsas verir deyim ki, əldə edilən zəfərimizi, tarixi qələbəmizi kimsə sarsıda bilməz. Təbii ki, hərbi sahəyə də diqqətimizi diqqətimizi azaltmayacayıq və Cənab Prezidentin də dediyi kimi oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Ermənistanda revanşistlər süni əngəllər yaratmağa baş qaldırmağa çalışsalar da heç nəyə nail ola bilməyəcəklər. Çünki dəmir yumruq yerindədir və hər an baş qaldıranların başını əzə bilər.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

