İdeoloji işin gücləndirilməsi günün tələbidir
27.09.2024 [11:00]
Son illər Azərbaycan üçün uğurlar, nailiyyətlər və zəfərlərlə zəngin oldu. Bu il isə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident və parlament seçkiləri suveren dövlətimizin bütün ərazilərində keçirildi. Təbii ki, bütün bunlar vətəndaş olaraq hər birimizi qürurlandırır. Lakin qazanılan uğurlar qarşımızda yeni vəzifələr də müəyyənləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qarşımızda dayanan vəzifələri diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, qazanılan nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Çünki xarici qüvvələr Azərbaycana qarşı çirkin planlarını davam etdirir. Bununla mübarizədə ideloji işin gücləndirilməsi vacib məsələlərdən biridir.
Cənab Prezident çıxışında ideoloji təhlükəsizliklə bağlı məsələyə toxunub və bildirib ki, burada da biz daim diqqətli olmalıyıq: “Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında”.
Dövlət başçısı vurğulayıb ki, vaxtilə xarici təbliğat Azərbaycanda bir yox, bir neçə mənbədən kök salmışdı: “Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni, belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?”
Bu təhlükəli ideoloji təzyiq xətti 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra daha da gücləndi. Xüsusilə, Azərbaycanın müstəqil xarici siyasət kursuna təsir etimək imkanlarının olmadığını görənlər müxtəlif vasitələrlə bizə qarşı çirkin kampaniyalara başlayır. Hətta bəzi halda məhv edilmiş separatizmi yenidən “canlandırmaq” cəhdləri də gözə dəyir. Bu amil isə özünü vaxtilə “dost” adlandıranların əsl simasını ortaya qoyur. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər: “İşğal bizə qarşı olan qüvvələri tam qane edirdi - Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Yəni, biz bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Mən hesab edirəm ki, ad çəkməyə ehtiyac yoxdur, hər kəs hər şeyi görür. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”.
Cənab Prezidentin ideoloji işin gücləndirilməsi ilə bağlı tövsiyələri bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri olmalıdır. Çünki əhalinin maarifləndirilməsi, ictimaiyyətə əsl həqiqətlərin çatdırılması və gənc nəslin milli vətənpərvəlik ruhunda yetişməsi baxımından ideloji iş çox mühüm amildir.
Anar Abbasov,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

