/ / Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanı xoş gələcəyə aparır!
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanı xoş gələcəyə aparır!
08.10.2024 [16:24]
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Məlum olduğu kimi, 4 il öncə Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu əməliyyatlar keçirərək Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. Qeyd edək ki, Cəbrayılın ilk azad olunan şəhər kimi şanlı ordumuzun nəzarəti altına keçməsi bizə çox böyük üstünlük qazandırdı. Daha sonra Hadruta və işğal altındakı digər rayonlara, qəsəbələrə yollarımız açıldı. Düşmən məhz Cəbrayılda aldığı sarsıdıcı zərbədən sonra anladı ki, Azərbaycanın Qələbəsi qaçılmazdır. Az qala hər gün müxtəlif ölkələrin, o cümlədən Rusiyanın rəhbər şəxslərinə zənglər edərək yalvarmağa başladılar ki, Azərbaycanın hərbi əmələiyyatlarını dayandırsınlar. Təbii ki, biz şərtlərimiz, tələblərimiz yerinə yetirilməyənə qədər əməliyyatları dayandırmadıq və güclü ordumuzun, siyasi iradəmizin sayəsində tarixi Zəfər qazandıq.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü ərəfəsində bu rayona səfəri çərçivəsində bir sıra layihələrin təməlqoyma mərasimlərində iştirakı xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına 960 şagirdin təhsil alacağı tam orta məktəb binasının təməllərinin qoyulması da rayonun həyatında vacib hadisələrdəndir. Ümumiyyətlə, azad edilmiş rayonlarımızda möhtəşəm layihələr icra olunur. Müharibələrdən əziyyət çəkmiş heç bir ölkədə bu sürətlə və bu keyfiyyətlə bərpa işləri aparılmayıb.
Onu da qeyd edək ki, dövlət başçısı cəbrayıllılar qarşısında çıxışında haqlı olaraq üzünü Qərb dövlətlərinə tutaraq bildirdi ki, işğaldan yeni azad olunanda Cəbrayılda cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yaşayırdılar. 30 il ərzində Ermənistana qarşı bir dənə də sanksiya tətbiq etməyən həmin dövlətlər bu gün Azərbaycanla sanksiya dilində danışırlar. Başda Fransa olmaqla, bir çox Qərb dövlətləri əllərindən gələni edirdilər ki, Azərbaycan işğal faktoru ilə barışsın. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti bu gün də davam etdirilir. Amerika Konqresinin 60 ermənipərəst üzvü guya erməniləri zorla Qarabağdan köçürdüyümüzü bəhanə edərək Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Şübhəsiz ki, bu müraciət ABŞ Dövlət katibinin istəyi ilə hazırlanıb. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ABŞ 1992-ci ildə ölkəmizə qarşı sanksiya tətbiq etmişdir. 2001-ci ildə ABŞ Əfqanıstanı işğal edəndə bizə ehtiyacı yarandığı üçün sanksiyanı aradan qaldırdı. Əfqanıstandan qaçandan sonra yenidən sanksiyanı tətbiq etdilər. Bu, Qərbin ölkəmizə qarşı riyakarlığının bariz nümunəsidir.
Ən əsası, Azərbaycan Prezidenti həm Ermənistanın, həm də onun arxasındakı qüvvələrin ölkəmizə qarşı iyrənc planlarından xəbərdardır. Ona görə də, dövlət başçısı Ermənistana açıq mesaj göndərdi ki, belə təhlükəli oyunlara qoşulmasın, “Dəmir yumruq” yerindədir. Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq. Ermənistan hesab etməsin ki, o, təkcə kapitulyasiya aktına imza atmaqla bu məsələdən qurtarıb. İrəvan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə, vandalizm aktlarına görə beynəlxalq məhkəmə qarşısında cavab verməli, dəymiş ziyana görə kompensasiya ödəməlidir. Dövlət başçısının Cəbrayılda verdiyi mesaj Ermənistanı ciddi düşündürməlidir. Heç bir sanksiya, təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Biz ölkəmizdə və bölgəmizdə sülh və əmin-amanlığın olması üçün əlimizdən gələni edəcəyik. Bizim siyasətimizin hədəfi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, sosial rifahını yüksəltməkdən ibarətdir Qarabağ və Şərqi Zəgəzurda tikinti-quruculuq işləri bundan sonra daha da sürətlə aparılacaq. Biz ermənilərin viran qoyduğu o torpaqları gülüstana çevirməklə məşğuluq. Qoy Ermənistan və onun arxasında duran qüvvələr 2020-ci ilə qədər olan Qarabağla, həmin tarixdən sonrakı Qarabağı müqayisə etsinlər. Bu müqayisə Azərbaycan və Ermənistanın mahiyyətini, niyyətini də ortaya qoyur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

