Böyük Zəfər Günü
06.11.2024 [17:28]
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına qarşı başlanmış və cəmi 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi. 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.
Ermənistan ordusu noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökərək, məğlub olduğunu qəbul etdi. Düşmən hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilmədi. Beləliklə, noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Vətən müharibəsi bir daha Azərbaycanın gücünü, qüdrətini düşmənə, eləcə də onların havadarlarına nümayiş etdirdi. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına əldə edilən tarixi Zəfər sadəcə Azərbaycanın deyil, dünya tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə yalnız Ermənistanın silahlı qüvvələrini məhv etmədi, həmçinin erməni mifini, onların “dənizdən - dənizə böyük Ermənistan“ xəyallarının üstündən birdəfəlik xətt çəkdi.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi. 20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edilməsi, Azərbaycanın ən böyük diplomatik uğurlardan biri kimi tariximizə yazıldı.
Məğlubiyyətini həzm edə bilməyən düşmən təxribatlarından qalmırdı. Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri terror aktları törədir, bunun nəticəsi olaraq mülkü vətəndaşlarımız həlak olurdu. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı qüvvələri birgünlük lokal xarakterli antiterror tədbirləri həyata keçirərək, düşmənin qanunsuz silahlı dəstələri məhv etdi. Və beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa olundu.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işləri uğurla davam etdirilir. İşğal dövründə dağıdılmış, viran qoyulmuş torpaqlarımıza öz həqiqi sahibləri yeni həyat verir. Dövlətimizin başçısının rəhbərliyi və şəxsi nəzarəti altında nəhəng layihələr həyata keçirilir. Bütün bunları Azərbaycan öz gücünə həyata keçirir. Bütün dünya ölkəmizin iqtisadi gücünün, potensialının bir daha şahidi olur.
15 oktyabr 2023-cü ildə Xankəndi şəhərinə səfər edən Prezident İlham Əliyev orada Azərbaycanın Dövlət Bayrağımızı ucaltdı. Bu gün artıq ölkəmizin hər bir guşəsində üçrəngli Bayrağımız qürurla dalğalanır. Azərbaycan xalqı hər il 8 noyabr tarixini Zəfər Günü kimi böyük coşquyla bayram edir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

