COP29-un Azərbaycan modeli
19.11.2024 [11:45]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Cari ilin noyabr ayının 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilməsi ilə yadda qaldı. COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir. Dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar.
COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev açılış mərasimində çıxış edərək mühüm mesajlar göndərməyi də unutmadı. Cənab Prezident çıxışında: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Prezident cənab İlham Əliyev sammitin açılışındakı çıxışı ilə həm də COP29-un qarşısına qoyduğu hədəflərdən, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirməsindən, nəcib beynəlxalq təşəbbüslərə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərinə toxunmuş oldu. Həqiqətən də qlobal iqlim böhranının yaranmasının başlıca baiskarları olan dövlətlər problemin həlli istiqamətində nəinki real addımlar atmırlar, irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq, boykot etmək yolunu tutmasından söz açmışdır.
Azərbaycanın digər ölkələrlə, xüsusilə də inkişaf etməkdə olan dövlətlərlə birgə iqlim dəyişikliyinin qarşısının alınması və qlobal ekosistemin qorunması istiqamətində birgə layihələr həyata keçirməsi ehtimalı artacaq. Bu, həmçinin Azərbaycana beynəlxalq maliyyə və texnoloji dəstəyin təmin edilməsi üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan, xüsusən də son illərdə iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində mühüm addımlar atmışdır. Bərpa olunan enerji mənbələrinin inkişafı, ekoloji tarazlığın qorunması və karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr ölkəmizin bu sahədə beynəlxalq səviyyədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. COP29-a ev sahibliyi etmək hüququnun qazanılması Azərbaycanın bu istiqamətdə atdığı addımların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha göstərir.
Bu tədbir, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına və gələcəkdə daha böyük beynəlxalq layihələrə ev sahibliyi etməsinə zəmin yaradacaq.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

