Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artır
27.11.2024 [18:04]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Azərbaycan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu keçən ilin dekabr ayında 200 ölkənin yekdil qərarı ilə qazanmışdır. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən deyilən bu fikirlər ölkəmizin güclü diplomatiyasının və beynəlxalq miqyasda artan nüfuzunun ən gözəl ifadəsidir. Bu qərarın verildiyi ilk gündən Azərbaycanın COP 29 kimi dünyanın mötəbər tədbirini də yüksək səviyyədə keçirəcəyinə dair heç kimdə şübhə yox idi. Çünki bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik edib. Bu il isə noyabr ayında bu möhtəşəm tədbirin ilk həftəsində 70 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə qarşı beynəlxalq ictimaiyyətin özü tərəfindən verilən tutarlı cavab idi.
COP29 keçirildiyi hər günün panel müzakirələri, iqlim dəyişmələrinin müxtəlif təzahürləri və ona qarşı maliyyə dayanıqlılığının yaradılması sahəsində qəbul edilən əhəmiyyətli qərarlarla tarixə düşdü. Məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edildi. Iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcəyi ən mühüm məqamlardan biridir. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu.
Dünyanın zəngin ölkələri COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürdülər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. İndiyə qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da tamam yeni nəticələr əldə olundu, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord məbləğdir. Bu qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirir.
COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Cənab Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı etdiyi paylaşımda mühüm nailiyyətlərdən biri kimi, İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsini qeyd edib. Belə ki, sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı olaraq üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Söhbət burada yüz milyonlarla dollardan gedir. İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.
Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə dəstək olmaq idi. Ölkə başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəs çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparıldı. COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq Azərbaycan gündəliyə bir neçə əlavə edə bilərdi və belə məsələlərdən biri də sülh idi. Əvvala, ona görə ki, Azərbaycan məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandı. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və qarşılıqlı addımlar atıldı. İlk dəfə idi ki, Azərbaycan və Ermənistan beynəlxalq arenada bir-birinə qarşı addım atmaq məcburiyyətində qalmadı. Qarşılıqlı dəstək olmasa da, bitərəf qaldı və bunun özü də bir nailiyyət idi.
Bu gün biz artıq qürurla deyə bilərik ki, COP 29-un yekunları bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Dünya qəbul edir ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti indi getdikcə artır, bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

