COP29-un Bakıda reallaşması ölkəmizin nüfuzunun bariz göstəricisidir
29.11.2024 [16:47]
Bayram Aslanov,
YAP İdarəHeyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Noyabrın 11-də müstəqil Azərbaycanın paytaxti Bakıda reallaşan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəldərək, uğurlu nəticələrlə yadda qaldı. Planetimizin, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər kəsi narahat edən qlobal problemlərin müzakirə və həll edildiyi, Bakıda həyata keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək qiymətləndirildi. Mötəbər tədbirdə iştirak edən dövlət başçılarının, rəsmi şəxslərin çıxışlarında, müsahibələrində, dünya mətbuat orqanlarında dərc olunan yazılarda bu daha aydın göründü.
COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın, etibarın göstəricisi idi. Bir çox dünyaəhəmiyyətli tədbirlərə evsahibliyi edən Azərbaycan öhtəsinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Bəli, “yaşıl gündəliy” ilə müasir dövrün nəbzini tutan ölkəmiz uzaqgörənliklə, inamla dünyamızın sabahı, xoş gələcəyi üçün öz töhfələrini verir.
“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” – deyə söyləyən Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət sayəsində Azərbaycan yüksəkkeyfiyyətli ekoloji mühit, “yaşıl enerji” məkanına çevrilib.
Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşımda qeyd edib: “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.
COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunması da ölkəmizin evsahibliyi etdiyi möhtəbər tədbirin müasir dövrün tələblərinə cavab verməsindən xəbər verir.
Azərbaycan qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq”yaşıl enerji”yə geniş meydan verir, ekoloji layihələr həyata keçirir. Ölkə Prezentimiz “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” başlıqlı yazısında Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirir və bildirir ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Bakıda reallaşan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası artıq tarixı qovuşdu. Beynəlxalq nüfuzu günbəgün artan Azərbaycan etibarlı tərəfdaş kimi ölkələr arasında dostluq, əməkdaşlıq missiyasının öhdəsindən layiqincə gəldi. Bu da ölkəmizin nüfuzunun bariz göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03

