YAP-ın beynəlxalq əlaqələri genişlənir
16.04.2013 [14:07]
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ukrayna paytaxtında səfərdə olub
Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Ukrayna paytaxtında səfərdə olub. Ukraynanın hakim Regionlar Partiyasının dəvəti əsasında gerçəkləşən səfərdə əsas məqsəd Kiyev şəhərində təşkil olunan “MDB çərçivəsində partiyalararası əməkdaşlıq. Qarşılıqlı əlaqələrin aktual məsələləri” adlı “dəyirmi masa”da iştirak etmək olub. Tədbirə bir sıra MDB ölkələrindən, o cümlədən, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistandan gəlmiş hakim partiyaların nümayəndə heyətləri qatılıblar. Azərbaycanı tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov təmsil ediblər.
Tədbirdə çıxış edən Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrə böyük önəm verdiyini, Ermənistan istisna olmaqla, MDB-yə daxil olan bütün ölkələrin siyasi partiyaları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
O, öz çıxışında qeyd edib ki, postsovet məkanında hakim partiyalar arasındakı sıx əlaqə və beynəlxalq əməkdaşlıq Birlik daxilində əməkdaşlıq və inteqrasiyanın yeni metod və mexanizmlərinin işlənilib hazırlanmasında dövlət başçılarımıza böyük siyasi dəstək rolunu oynaya bilər .
“Biz, ölkələrimizdə baş verən proseslərə cavabdehlik daşıyaraq, sözsüz ki, təhlükəsizlik və sülh şəraitində yaşamaqda maraqlı olan öz xalqlarımızın mənafeləri üçün əməkdaşlıq etməli, partiyalararası dialoq yolu ilə ciddi və mühüm məsələləri müzakirə etməli, öz ölkələrimizin hökumətlərinə təhsil, səhiyyə, elm və mədəniyyət kimi məsələlər, eləcə də, sosial və humanitar layihələrin reallaşdırılması üçün optimal həllərin tapılmasında kömək göstərməliyik”, - deyə E.İbrahimov vurğulayıb.
Təmsil etdiyi partiya haqda tədbir iştirakçılarına məlumat verən YAP Siyasi Şuranın üzvü qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda fəaliyyət göstərən ən böyük partiyadır. Partiyanın əsasının 1992-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən natiq, hazırda partiyanın sıralarında 600 minə yaxın üzvün olduğunu vurğulayıb. O, 2003-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin YAP Sədri seçildiyini bildirib. Yeni Azərbaycan Partiyasının 2003 və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində qalib gəldiyini xatırladan natiq, daha sonra təmsil etdiyi partiyanın ölkədə keçirilən dörd parlament seçkilərində qələbə qazandığını, 2010-cu ildə keçirilmiş son seçkilərdə isə parlamentdəki 125 mandatdan 72-nə sahib çıxdığını xüsusi olaraq vurğulayıb. “Keçən il Yeni Azərbaycan Partiyası 20 illik yubileyini qeyd etdi. Ötən bu illər ərzində nəinki ölkədaxili sabitliyə nail olundu, eyni zamanda, Azərbaycan iqtisadiyyatı möhkəmləndi, əhalinin rifah halı yaxşılaşdı, ölkə vətəndaşlarının hakimiyyətə olan inamı gücləndi”, - deyə E.İbrahimov qeyd edib.
YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik institutları ilə işgüzar əlaqələrin qurulması və səmimi münasibətlərin inkişafında daima maraqlı olduğunu qeyd edən E.İbrahimov, daha sonra təmsil etdiyi partiyanın MDB, eləcə də, Avropa və Asiyanın bir sıra ölkələrinin, o cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Çin, Hindistan, Rumıniya, Pakistan, Kanada, Gürcüstan, Serbiya, Vyetnam, Cənubi Koreya, Monteneqro kimi ölkələrin hakim partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələr qurduğunu bildirib.
“Yeni Azərbaycan Partiyasının Avroatlantik məkanda Avropa Xalq Partiyası, Asiya qitəsində isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə olan əlaqələri dinamik şəkildə inkişaf edir”, - deyə E.İbrahimov vurğulayıb.
O, həmçinin, son illərdə Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bir sıra beynəlxalq konfrans, forum, “dəyirmi masa”ların təşkil edildiyini, bu tədbirlərdə müxtəlif ölkələrdən gəlmiş siyasi partiya təmsilçiləri, deputatlar, eləcə də, biznes strukturlarının nümayəndələrinin iştirak etdiyini vurğulayıb, tədbirlərdə beynəlxalq əməkdaşlığın müxtəlif aspektlərinin, həmçinin, dövlət quruculuğu, iqtisadi inkişaf kimi mühüm məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb: “Bütün bunlar bizim partiyamızın artan nüfuzunu, eləcə də, müstəqil dövlətimizin siyasi və iqtisadi gücünü göstərir”.
Çıxışının sonunda E.İbrahimov MDB-yə üzv olan ölkələrin hakim partiyaları arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük ehtiyac duyulduğunu bildirib. “Düşünürəm ki, biz partiya quruculuğu sahəsində böyük təcrübəsi olan, elektoratla işləməyi bacaran, eləcə də, uzun illər öz ölkəsində hakim mövqedə olan partiyalarla əməkdaşlığı bundan sonra daha da gücləndirməliyik”, -deyə YAP təmsilçisi vurğulayıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

