/ / YAP Gənclər Birliyi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yeni layihəyə start verib
YAP Gənclər Birliyi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yeni layihəyə start verib
16.04.2013 [14:07]
Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin Bakıya səfər edərək Ulu öndərin irsinin öyrənilməsinə dair müxtəlif mənbələrlə tanış olması, bu istiqamətdə bir sıra görüşlərin təşkil edilməsi nəzərdə tutulub
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirməkdədir. Tədbirlər planına müvafiq olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) tərəfindən də mühüm layihələr reallaşdırılmaqdadır. Bu kontekstdə YAP GB yeni layihəyə start verib. Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin Bakıya səfər edərək Ulu öndərin irsinin öyrənilməsinə dair müxtəlif mənbələrlə tanış olması, bu istiqamətdə bir sıra görüşlərin təşkil edilməsi nəzərdə tutulub.
Beləliklə, aprelin 13-də layihə çərçivəsində ölkəmizin Qərb zonasının gəncləri ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər Xiyabanına gələn gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra gənclər Heydər Əliyev Fondunda olublar. Ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir. Gənclər Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər. Ziyarətçilər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə də baxıblar.
Bunun ardınca isə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, Mərkəzin fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verilib.
Sonda isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova ilə görüşüblər.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bu layihəsi Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Ulu öndər Heydər Əliyevin ideyaları, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin hazırki uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın sürətli inkişafını təmin edib. Bu gün ölkəmizdə mütərəqqi gənclər siyasəti həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan gənci həm ölkəmizdə dinamik təbəqə kimi çıxış edir, həm də beynəlxalq aləmdə dövlətimizi layiqincə təmsil edir”, - deyə S.Orucov vurğulayıb.
Daha sonra Milli Məclisin Sədr müavini Bahar Muradova görüş çərçivəsində gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumatlar verib və diskussiya formasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədr müavini bildirib ki, Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf və rifah yoludur. Onun sözlərinə görə, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tərəqqi yolunda irəliləməsini şərtləndirib. “Məhz buna görə də, Ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ olunması olduqca vacib məsələdir. Burada iştirak edən gənclər ona görə xoşbəxtdirlər ki, onlar Ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin siyasətini, Yeni Azərbaycan Partiyasının tutduğu doğru yolu dəstəkləyirlər”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
B.Muradova əlavə edib ki, Yeni Azərbaycan Partiyası yarandığı dövrdən bu dönəmə qədər çətin və şərəfli inkişaf yolu keçib: “Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənir və ümumxalq partiyasıdır. Məhz bu gün gənclərin də Yeni Azərbaycan Partiyasına üz tutmasının səbəbi partiyamızın cəmiyyətdə ən avanqard institut kimi çıxış etməsidir”.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24

