Ermənistan və havadarlarına verilən vacib mesajlar
23.12.2024 [15:20]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibəsində dövlətimizin başçısı olduqca mühüm məqamlara, aktual , xüsusi önəm daşıyan məsələlərə toxunub, eyni zamanda Ermənistana və onun havadarlarına vacib mesajlar verib.
İlk olaraq, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən bəhs edən Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra daha da genişləndiyini bildirib. Belə bir Bəyannamənin imzalanması həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım olduğunu vurğulayıb.
Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib. Dövlət başçısı 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin rekord büdcə olacağını diqqətə çatdırıb və ciddi mesaj verərək bildrib ki, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək.
Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verən Prezident İlham Əliyev artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırıldığını bildirib. Razılaşdırılmayan məqamlardan birinin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq , digər maddənin isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlı olduğunu vurğulayıb.
Ölkə başçısı müsahibədə Ermənistanın 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurduğunu, torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanmasının aparıldığını və zərərin həcmnin təxminən 150 milyard dollardan çox oldğunu diqqətə çatdırıb.
“Azərbaycanın öz suverenliyini bərpa etməsi Makron Fransasını narahat edir və bu səbəbdən ölkəmizə qarşı kinləri var”- deyən Prezident İlham Əliyev Fransanın kolonial keçmişinin olduğunu xatırladıb. Ölkə başçısı əlavə edib ki, Fransız kolonializminin iyrənc siması var və uzun illər ərzində dünya ictimaiyyətindən çox məqamlar gizlədilib. Makron diktaturası Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirib, 100-dən çoxunu yaralayıb və 1000-dən artığını həbs edib. Bundan əlavə, Avropanın mərkəzində - Korsikada Korsika dili qadağan edilir, bu dilin ictimai yerlərdə istifadəsinə icazə verilmir.
Prezident İlham Əliyev müsahibsində Gürcüstandakı mövcud siyasi vəziyyətə də toxunaraq qeyd edib ki, orada vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Ölkə başçısı bildirib ki, Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

