Nəsimi rayon seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir
08.01.2025 [16:15]
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi rayonu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Məhəmməd Naxçıvani, Liteyni döngəsi, Fuad İbrahimbəyov və Düşərgə küçələrinin seçiciləri ilə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
“Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılıb”- deyə Azər Süleymanov öz çıxışında qeyd edib.
Görüşdə çıxış edən Nəsimi rayonu Veteranlar Şurasının üzvləri Zərifə Quliyeva və Adilə Abbasova, bələdiyyə üzvlüyünə namizədlər Əziz Zeynalov və Rahib Hacıyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər. Daha sonra tədbir iştirakçıları tərəfindən verilmiş suallar qonaqlarımız və namizədlər tərəfindən cavablandırılıb.
Bununla yanaşı qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
17 Yanvar 16:51
Xəbər lenti
17 Yanvar 16:19
Dünya
17 Yanvar 15:32
Dünya
17 Yanvar 14:51
Sosial
17 Yanvar 14:20
Dünya
17 Yanvar 13:42
Gündəm
17 Yanvar 13:16
Gündəm
17 Yanvar 12:49
Siyasət
17 Yanvar 12:30
Sosial
17 Yanvar 12:11
Siyasət
17 Yanvar 11:45
İqtisadiyyat
17 Yanvar 11:39
Siyasət
17 Yanvar 11:13
Analitik
17 Yanvar 10:57
Analitik
17 Yanvar 10:35
Analitik
17 Yanvar 10:19
Sosial
17 Yanvar 09:52
Dünya
17 Yanvar 09:15
Ədəbiyyat
17 Yanvar 08:54
Ədəbiyyat
17 Yanvar 08:30
Dünya
17 Yanvar 07:59
Mədəniyyət
17 Yanvar 07:35
Dünya
16 Yanvar 23:17
Dünya
16 Yanvar 22:43
YAP xəbərləri
16 Yanvar 22:36
Dünya
16 Yanvar 22:28
Dünya
16 Yanvar 22:15
Dünya
16 Yanvar 21:47
YAP xəbərləri
16 Yanvar 21:40
Dünya
16 Yanvar 21:20
Hadisə
16 Yanvar 20:58
İqtisadiyyat
16 Yanvar 20:45
Dünya
16 Yanvar 20:26
Dünya
16 Yanvar 19:45
Dünya
16 Yanvar 19:18
Dünya
16 Yanvar 18:25
Hadisə
16 Yanvar 18:14
Analitik
16 Yanvar 17:33
Sosial
16 Yanvar 17:27
Sosial
16 Yanvar 17:25
Sosial
16 Yanvar 17:24
Sosial
16 Yanvar 17:23
Siyasət
16 Yanvar 17:23
YAP xəbərləri
16 Yanvar 16:31
Siyasət
16 Yanvar 16:07
Siyasət
16 Yanvar 15:34
Siyasət
16 Yanvar 15:32
Siyasət
16 Yanvar 15:32
Siyasət
16 Yanvar 15:31
Siyasət
16 Yanvar 15:27
YAP xəbərləri
16 Yanvar 15:25
Sosial
16 Yanvar 15:08
Sosial
16 Yanvar 15:07
Xəbər lenti
16 Yanvar 14:57
İdman
16 Yanvar 14:32
YAP xəbərləri
16 Yanvar 14:22
YAP xəbərləri
16 Yanvar 13:27
YAP xəbərləri
16 Yanvar 13:24
Dünya
16 Yanvar 12:51
Sosial
16 Yanvar 12:45
Dünya
16 Yanvar 12:27
YAP xəbərləri
16 Yanvar 12:23
Sosial
16 Yanvar 12:15
İqtisadiyyat
16 Yanvar 12:13
İqtisadiyyat
16 Yanvar 12:12
Hadisə
16 Yanvar 12:11
Sosial
16 Yanvar 11:48
Mədəniyyət
16 Yanvar 11:30
İqtisadiyyat
16 Yanvar 11:15
İqtisadiyyat
16 Yanvar 11:05

