Yüksək səviyyəli əlaqələr
22.01.2025 [16:26]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub. Hal-hazırda da ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir. Ölkələrimiz arasında siyasi təmasların yüksək səviyyədə olması əlaqələrin davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin Gürcüstana müntəzəm səfərləri, eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin son 10 ay ərzində ölkəmizə 3 dəfə səfər etməsi özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.
Yanvarın 17-də mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri haqqında ətraflı məlumat verdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev səfərin xüsusi əhəmiyyətinin olduğunu bildirdi. Ölkə başçısı vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Bu gün Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Azərbaycan investorları böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Mətbuata bəyanatında Prezident İlham Əliyev energetika sahəsindəki əməkdaşlığa xüsusilə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyası genişlənəcək.
Eyni zamanda, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirir. Bu gün yaşıl enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Yaşıl enerji layihəsinin uğurla icra edildini qeyd edən Prezident İlham Əliyev bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatma şansının böyük olduğunu bildirdi.
Ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müvafiq qurumlarının koordinasiyalı fəaliyyəti bu layihənin də uğurla başa çatdırılmasına səbəb olacaq. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələ haqqında fikir bildirərəkən qeyd etdi ki, Orta Dəhliz böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23

