Ermənistan öhdəliklərini yerinə yetirməlidir
31.01.2025 [16:39]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı fikirlər səsləndirərkən bildirdi ki, bu layihənin təşəbbüskarı Azərbaycandır. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb və Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir. Ölkəmiz bu dəhlizin açılması üçün praktiki addımlar atır. Ölkə başçısı vurğuladı ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistanın imzaladğı kapitulyasiya aktında açıq-aydın göstərilib ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğul olur.
Müşavirədə Prezident İlham Əliyev Ermənistanın ortalığa atdığı dırnaqarası “Sülh kəsişməsi” layihəsi haqqında da fikir bildirdi. Ölkə başçısı qeyd etdi ki, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və ölkəmiz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırıb. Əgər Ermənistan bu layihəni doğrudan da həyata keçirmək istəyirsə, ilk növbədə, Azərbaycana müraciət etməlidir. Çünki Azərbaycansız bu, sadəcə olaraq, kağız parçasıdır, ölkəmizin şərtləri isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Bu əsasda fikir bildirərkən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə məsləhət gördü ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun. Ölkə başçısı Ermənistanın bu dırnaqarası layihə vasitəsilə sadəcə vaxt uzatmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq istıdiyini vurğuladı. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə ən qısa və ən rahat bağlantı hələ də yoxdur.
Prezident İlham Əliyev bildirdi ki, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycanın bir ərazisindən digər ərazisinə maneəsiz keçid olmalıdır. Bu, Azərbaycanın tələbidir. Bu əsasda ölkə başçısı bəzi tarixi faktları da xatırlatdı və Azərbaycan xalqının törədilən cinayətlərin heç birini unutmadığını qeyd etdi.
Hazırda Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Lakin Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri unutmamalı və yerinə yetirməlidir. Bu öhdəlik ondan ibarətdir ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

