Xocalı qətliamı qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış soyqırımdır
24.02.2025 [17:00]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan xalqının tarixində soyqırım kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarix etibarı ilə əslində mövcud olmayan erməni məsələsi ilə bağlıdır. Erməni millətçiləri Azərbaycan torpaqları hesabına “böyük ermənistan” yaratmaq xülyasına düşmüş və məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğnlar törətmişlər. Qarabağdakı hadisələr də müstəqilliyimizin əleyhinə yönəlmişdir və Xocalı soyqırımı həmin prosesin kulminasiya nöqtəsi idi.
Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməmiş soyqırımı törətdilər. Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də, xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər.
Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu qətliamı törətməklə ermənilər xalqımızı qorxutmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar.
Xocalı soyqırımı dünyanın heç bi faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer olmamalıdır. Azərbaycan xalqının başına gələn bu faciə istənilən xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymağa davam edirlər.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Cənab İlham Əliyev də çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini önə çəkir. Ölkə başçısı Xocalı soyqırımını törədənlərin ifşası və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması məsələsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Məzlum xalq imicinə aldanan bəzi ölkələr isə erməni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub qondarma “erməni soyqırımını” tanımağa başladılar. Lakin Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq və dünyanın da ermənilərin terrorçu olduğunu qəbul etmələri üçün Xocalı həqiqətlərinin beynəlxaq ictimaiyyətə çatdırılması istiqamətində mübarizəsini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Yanvar 12:13
İqtisadiyyat
22 Yanvar 12:09
Hadisə
22 Yanvar 12:08
Analitik
22 Yanvar 11:58
Gündəm
22 Yanvar 11:53
Siyasət
22 Yanvar 11:27
Siyasət
22 Yanvar 10:58
Elm
22 Yanvar 10:51
Siyasət
22 Yanvar 10:39
Siyasət
22 Yanvar 10:24
İqtisadiyyat
22 Yanvar 10:17
Sosial
22 Yanvar 09:50
Ədəbiyyat
22 Yanvar 09:32
Analitik
22 Yanvar 09:14
Gündəm
22 Yanvar 08:54
Analitik
22 Yanvar 08:52
Sosial
22 Yanvar 08:37
İdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53

