Ortaq dəyərlər və birgə məqsədlər uğurlu gələcəyə aparır
27.02.2025 [16:57]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Azərbaycanla Pakistan arasında tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərə dayanan sıx əlaqələr mövcuddur. Bu iki ölkə bölgə və qlobal problemlər üzrə ortaq maraqlara və oxşar baxışlara sahibdir. Pakistan, 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Diplomatik əlaqələr isə 9 iyun 1992-ci ildən etibarən qurulmuşdur. 1993-cü ilin 12 martında Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda daimi nümayəndəliyi fəaliyyətə başlamışdır. 9 aprel 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Pakistana rəsmi səfəri zamanı iki ölkə arasında 9 sənəd imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri Kəşmir məsələsində və Dağlıq Qarabağ münaqişəsi zamanı bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Pakistan müstəqil Azərbaycanın hər zaman dəstəkləyicisi olmuş, Qarabağın işğalını beynəlxalq səviyyədə qınamış və ölkəmizlə olan geosiyasi və strateji maraqları müdafiə etmişdir. Həmçinin, Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayaraq onu dövlət olaraq tanımamış, Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Cari ilin 23 fevral tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüş keçirilib və hər iki lider mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq: “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.
Dövlətimizin başçısı qeyd etdi ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”.
Baş nazir Məhəmməd Şahbaz Şərif bəyanatında Azərbaycan-Pakistan əlaqələrinin dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb. O, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın iki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Baş nazir, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və gələcəkdə də bu dəstəyi davam etdirəcəklərini bildirib.
Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətlərarası münasibətlər yalnız iki ölkənin maraqları ilə məhdudlaşmır, həm də regionda sülh və sabitliyin qorunmasına mühüm töhfə verir. Bu dostluq əlaqələri növbəti illərdə daha da dərinləşəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30

