Tovuzda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
08.03.2025 [13:45]
YAP Tovuz rayon təşkilatının inzibati binasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli tədbir təşkil olunub. Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, dövlət qurumlarının nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, çıxışlardan əvvəl qısa filmə baxış keçirildi.
Görüşü giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, tədbir iştirakçılarını və bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Qadınların cəmiyyətdə rolu və dövlət qayğısı” mövzusunda çıxış edən Nihad Pənahov Azərbaycan qadınlarına göstərilən dövlət qayğısından bəhs edərək onların cəmiyyətimizdə oynadığı mühüm rolu vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkədə qadın hüquqlarının qorunmasına və onların ictimai həyatda fəal iştirakına hər zaman böyük önəm verib. Məhz onun hakimiyyəti dövründə qadınların təhsil alması, elmi və sosial sahələrdə irəliləməsi üçün geniş imkanlar yaradılıb.
N.Pənahov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Qadınların dövlət idarəçiliyində, biznes sahəsində və ictimai həyatda aktiv fəaliyyəti üçün geniş şərait yaradıldığını,Azərbaycanda qadın hüquqlarının müdafiəsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Çıxışında Nihad Pənahov Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qadınların inkişafına verdiyi töhfələrdən də danışıb. O qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi layihələr yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də qadınların sosial və mədəni həyatdakı mövqeyini gücləndirir. Onun təhsil, səhiyyə və mədəni irsin qorunmasına verdiyi töhfələr, habelə qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilir.
“Azərbaycan qadını güc və fədakarlıq rəmzidir” mövzusunda çıxış edən YAP Tovuz rayon təşkilatının əməkdaşı Arifə Abbasova Azərbaycan qadınının tarix boyu nümayiş etdirdiyi fədakarlıq və cəmiyyətin inkişafındakı rolundan danışıb.O bildirib ki, Azərbaycan qadını hər zaman yalnız ailənin dayağı kimi deyil, həm də dövlətin və millətin inkişafına töhfə verən qüvvə kimi tanınıb.
Tədbirin sonunda iştirakçı xanımlara gül dəstələri təqdim edilib. Bu, onların fədakar əməyinə verilən dəyərin və bayram münasibətilə göstərilən ehtiramın rəmzi olub. Qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

