Azərbaycan Balkan yarımadası dövlətləri üçün etibarlı tərəfdaşa çevrilib
13.03.2025 [14:22]
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Hazırda ölkə mətbuatında müzakirə olunan məsələlərdən biri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəridir. Səfər çərçivəsində Prezidentlərin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər iki ölkə arasında münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi önə çəkilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol beynəlxalq səviyyədə təqdir edilir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu sahəyə xüsusi diqqət yönəltdi. Qeyd edək ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək. Bu gün Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb. 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Rumıniya ilə Azərbaycan arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu müqaviləyə əsasən, “Qara dəniz yaşıl kabel” layihəsi 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik kabelinin tikintisini hədəfləyir. Həmçinin bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq. Bütün bunlar Azərbaycanı Balkan yarımadası dövlətləri üçün etibarlı tərəfdaşa çevirib. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Qordana Silyanovska-Davkova mətbuata bəyanatında bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir- XII Qlobal Bakı Forumu keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir. Çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır. Şimali Makedoniya Prezidenti onu da əlavə etdi ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir: “Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq”.
Xəbər lenti
Hamısına bax
Dünya
18 Mart 23:46

Dünya
18 Mart 23:28

YAP xəbərləri
18 Mart 23:10

Sosial
18 Mart 22:51

İdman
18 Mart 22:34

YAP xəbərləri
18 Mart 22:19

YAP xəbərləri
18 Mart 21:58

Dünya
18 Mart 21:39

Dünya
18 Mart 21:13

YAP xəbərləri
18 Mart 20:56

Gündəm
18 Mart 20:55

Gündəm
18 Mart 20:35

Dünya
18 Mart 20:34

Dünya
18 Mart 20:25

YAP xəbərləri
18 Mart 20:15

İdman
18 Mart 19:52

YAP xəbərləri
18 Mart 19:31

Elm
18 Mart 19:16

Dünya
18 Mart 19:15

YAP xəbərləri
18 Mart 18:57
YAP xəbərləri
18 Mart 18:30

Sosial
18 Mart 18:25

Gündəm
18 Mart 18:23

Dünya
18 Mart 18:17

YAP xəbərləri
18 Mart 17:56

Xəbər lenti
18 Mart 17:54

YAP xəbərləri
18 Mart 17:44

Hadisə
18 Mart 17:40

YAP xəbərləri
18 Mart 17:37

Dünya
18 Mart 17:18

Gündəm
18 Mart 17:17

İdman
18 Mart 17:07

Gündəm
18 Mart 17:07

YAP xəbərləri
18 Mart 17:00

Siyasət
18 Mart 16:51

YAP xəbərləri
18 Mart 16:47
YAP xəbərləri
18 Mart 16:36

YAP xəbərləri
18 Mart 16:12

YAP xəbərləri
18 Mart 16:11

YAP xəbərləri
18 Mart 16:08

Siyasət
18 Mart 16:02

YAP xəbərləri
18 Mart 15:49

Sosial
18 Mart 15:18

Sosial
18 Mart 14:36

Gündəm
18 Mart 13:59

Sosial
18 Mart 12:51

Sosial
18 Mart 12:50

Sosial
18 Mart 12:15

Hərbi
18 Mart 11:42

Hadisə
18 Mart 11:11

Gündəm
18 Mart 11:06

Sosial
18 Mart 11:04

YAP xəbərləri
18 Mart 10:59

Siyasət
18 Mart 10:35

İqtisadiyyat
18 Mart 10:31

İqtisadiyyat
18 Mart 10:30

Hərbi
18 Mart 10:28

Siyasət
18 Mart 10:16

YAP xəbərləri
18 Mart 09:55

Siyasət
18 Mart 09:53

Analitik
18 Mart 09:43

MEDİA
18 Mart 09:29

Ədəbiyyat
18 Mart 09:11

Analitik
18 Mart 08:57

Sosial
18 Mart 08:45

Sosial
18 Mart 08:30

Siyasət
18 Mart 07:44

Gündəm
18 Mart 07:29

Dünya
17 Mart 23:38

Hərbi
17 Mart 23:24
