Prezidentin çıxışı uzunmüddətli strategiyanın tezisləri idi
17.03.2025 [15:02]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Martın 13-də Bakıda nüfuzlu dövlət və hökumət başçılarının, beynəlxalq ekspertlərin qatıldığı XII Qlobal Bakı Forumu da mühum məqamlarla yadda qaldı. Forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu.
Prezident torpaqlarımızın işğalını əbədiləşdirmək istəyən beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının ədalətsiz yanaşmasına toxunaraq qeyd etdi ki, Avropanın monitorinq missiyası sərhədlərimizdə dayanırlar. Şübhəsiz ki, bu “binokl casusları”nın heç də xoş olmayan niyyəti yaxşı məlumdur. Amma unudurlar ki, regionda söz və güc sahibi Azərbaycandır. Ölkəmizin iradəsindən kənar bölgədə heç bir layihə, istənilən müdaxilələr gerçəkləşə bilməz.
Cənab Prezident Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında ölkəmizin mövqeyini bir daha açıqladı. Bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.
Ölkə Başçısı Ermənistanın işğalı və təcavüzü nəticəsində xalqımızın yaşadığı məhrumiyyərlərdən söz açaraq söylədi ki, bu ağrını heç zaman unutmayacağıq. İşğaldan azad olunmuş ərazilərə səfərlər edən xarici qonaqlar bu dəhşətli barbarlığı gözləri ilə görürlüər, şəhərlərimiz xarabalığa çevrilib.
Hər şey yerlə-yeksan olunub, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən ağır zərbə endirilib. Xalqımızın, eləcə də bütün dünya müsəlmanlarının hissləri təhqir olunub, milli- mədəni abidələrimiz, 65 məscid dağıdılıb və müqəddəs yerlərdə donuz saxlayıblar.
Azərbaycan beynəlxalq hüququn verdiyi imkandan istifadə edərək BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdi. Prezident beynəlxalq qurumların fəaliyyətsizliyinə də toxunaraq vurğuladı ki, əgər torpaqlarımızı hərbi yolla azad etməsəydik, bu qətnamələr 27 il də kağız üzərində qalardı. Ərazi bütövlüyü və suverenliyin tam bərpası xalqımızın iradəsinin təzahürü idi.
Cənab Prezident çıxışında Azərbaycan-ABŞ münasibətlərinə də aydınlıq gətirdi. Azərbaycan və ABŞ milli təhlükəsizlik maraqlarına əsaslanaraq qlobal çağırış və təhdidlərə, beynəlxalq terrorizmə, onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər. Ölkəmiz Vaşinqtonun yaratdığı antiterror koalisiyasına qoşulan və Əfqanıstanda sülhməramlı missiyada iştirak edən, eyni zamanda, bu ölkədəki koalisiya qüvvələrinin təchizatı üçün hava dəhlizini təmin edən ilk NATO üzvü olmayan ölkələr sırasında olub. Lakin ənənəvi olaraq böyük ölçüdə erməni lobbisi tərəfindən dəstəklənən Co Bayden administrasiyanın gəlişi ilə Azərbaycana təzyiqlər göstərilməyə başladı. Qəbuledilməz bəyanatlar, təhdidlər və şantajlar, eləcə də hələ 1992-ci ildə ölkəmizə qarşı qəbul edilmiş bədnam 907-ci bəndinə əsasən sanksiyaların bərpası – Baydenin dörd illik hakimiyyəti Bakıda bununla yadda qalacaq.
Azərbaycan Bayden administrasiyasının ona münasibətindən və Bakının maraqlarını nəzərə almadan Qafqazda süni bölücü xətlər yaratmaq cəhdindən dərin məyus oldu. Bu yanaşma ədalətsiz olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında əlavə çətinliklər yaratdı.
Əlbəttə, ABŞ-Azərbaycan münasibətlərinə bəzi Konqres üzvləri və senatorları erməni lobbisinin dəstəyi ilə ölkəmizı qarşı qeyri-konstruktiv mövqe tutmaları da böyük rol oynadı. Bu, xüsusilə Erməni Milli Komitəsi Amerikada (ANCA) və digər erməni diaspor təşkilatlarının təsiri altında olan siyasətçilər arasında daha çox müşahidə olunur. Bu istiqamətdə daha çox Adam Şif, Frenk Pallone, Nensi Pelosi fərqlənirlər.
Prezidentin XII Qlobal Bakı Forumunda çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

