İqtisadi sahədə əməkdaşlıq
04.04.2025 [15:41]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Aprelin 1-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndiyini və qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər siyasi-iqtisadi münasibətlərin inkişafına töhfə vermiş, xüsusilə bərpaolunan enerji və ekoloji sahələrdə yeni əməkdaşlıq imkanları yaradılmışdır. Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən bəyanatlar əlaqələrin gələcək inkişafı ilə bağlı yeni perspektivlər açır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən bəri davamlı olaraq güclənmişdir. Almaniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuş və ötən dövrdə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etmişdir. Almaniya Prezidenti bəyanatında iki ölkə arasında əlaqələrin strateji əhəmiyyətini bir daha vurğulamışdır. Dövlətimizin başçısı isə çıxışında qeyd edib ki, bu səfər bizim əlaqələrə yeni müsbət təkan verəcəkdir, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə ticarət dövriyyəsinin sürətlə artması ilə müşayiət olunmuşdur. Cari ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi təxminən üç dəfə artmışdır. Bu artımın əsas səbəbi Azərbaycan tərəfindən Almaniyaya ixrac edilən xam neftin həcminin artmasıdır. Gələcək illərdə, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsalını 6 giqavata çatdırmaq üçün məqsədyönlü işlər həyata keçirir. Bu sahədə Almaniyanın yüksək texnoloji təcrübəsi və sərmayələri Azərbaycanın enerji sektorunun modernləşdirilməsində mühüm rol oynaya bilər. Ötən ilin noyabr ayında ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri həm region, həm də qlobal miqyasda əhəmiyyətli nəticələr əldə etmişdir. Konfransda 197 ölkə iştirak etmiş və 77 mindən çox nümayəndə qeydiyyatdan keçmişdir. COP29-da əldə edilən uğurlar, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əlaqələrin güclənməsinə şərait yaradacaqdır. Almaniya ilə bu sahədəki təcrübə mübadiləsi və birgə layihələr Azərbaycanın ekoloji siyasətinin inkişafına böyük töhfə verəcəkdir.
Xarici siyasət kursunu son dərəcə düzgün quran Azərbaycan təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq aləmdə vacib tərəfdaşa çevrilib. Bölgənin iqtisadi, siyasi gücü olan ölkəmizin nüfuzu və mövqeyi günü-gündən möhkəmlənir. Qlobal arenada tərəfdaşlıq əlaqələrini genişləndirən Azərbaycan bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru kimi söz sahibidir. Liderlərin ölkəmizə səfərləri, qlobal əhəmiyyətli tədbirlərin məhz respublikamızda keçirilməsi qeyd olunanların təsdiqidir. Rəsmi Bakı dünyanın nüfuzlu dövlətləri, xüsusilə Qərbi Avropa ölkələri ilə siyasi və iqtisadi maraqlara uyğun olaraq qarşılıqlı hörmət və ehtirama əsaslanan geniş əlaqələr qurub. Bunun nəticəsidir ki, respublikamız artıq Avropanın enerji xəritəsini dəyişib və dünyanın maraq dairəsində qərarlaşıb.
Görüşün mühüm mövzularından biri də regional təhlükəsizlik məsələləri olub. Cənubi Qafqazdakı gərginliklər və Ermənistanla münasibətlərdəki vəziyyət, Azərbaycan üçün ən vacib prioritetlərdəndir. Prezident İlham Əliyev, Azərbaycanın regional təhlükəsizlik və sülhün bərqərar olması istiqamətində atdığı addımları, xüsusilə Ermənistanla normallaşan münasibətləri qeyd edib. Almaniya Prezidenti Ştaynmayer də Cənubi Qafqazda sülhün təmin edilməsi və bölgədəki gərginliyin azaldılması mövzusunda Azərbaycanın fəaliyyətini dəstəklədiklərini bildirib. O, həmçinin, Almaniyanın bu istiqamətdə Azərbaycanın səylərinə dəstək verməyə davam edəcəyini ifadə edib. Bu əməkdaşlıq, iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsinə və regional sabitliyin qorunmasına yardım edəcəkdir. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr də xüsusi müzakirə mövzusu olub. Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafını prosesində Almaniyanın rolu yüksək qiymətləndirilib. Almaniyanın Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsində və qarşılıqlı maraqların təmin edilməsində mühüm vasitəçi olduğunu bildirib.
Almaniyanın Avropa İttifaqında lider mövqeyə sahib olması, Azərbaycan üçün Avropa bazarlarına çıxışın genişləndirilməsi və siyasi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə iki ölkə arasındakı əməkdaşlıq, Azərbaycanın Avropa ilə əlaqələrini də möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

