Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü Qaradağda qeyd olundu
30.04.2025 [14:33]
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, tibb elmləri doktoru, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Görkəmli elm xadimi, fədakar insan - akademik Zərifə xanım Əliyevanın həyat yolu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP rayon təşkilatının, rayon ərazisində fəaliyyət gösətərən səhiyyə müəsisəslərinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə Mərkəzin foyesində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgisi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, onun həyat yoldaşı Zərifə xanım Əliyevanın və azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirisi bir dəqiqələik sükutla yad edilib.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, 20-ci əsrin ikinci yarsından etibarən Azərbaycan xalqının tarixi taleyi Əliyevlər ailəsinin adı və fəaliyyəti ilə bağlıdır. O bildirib ki, məhz Heydər Əliyev kimi dahi siyasətçinin, Zərifə xanım Əliyeva kimi əsl Azərbaycan qadınına xas milli xarakteri, yüksək intelektual səviyyəsi, dərin elmi bilikləri, səmimi və xoş insani keyfiyyətləri olan bir ananın övladı olan İlham Əliyevin dünyaya gəlməsi və yetgin bir şəxsiyyət, böyük siyasətçi kimi yetişməsi nəticəsində Azərbaycan xalqı son 250 ildə başına gələn faciələrin, deportasiya və soyqırımlarının qisasını mənfur düşməndən ala bildi. Onun ərazi bütövlüyü və suverenliyi bərqərar olundu. Təkcə İlham Əliyev kimi bir prezidentin anası olması faktı onun hamı tərəfindən böyük sevgi ilə qarşılanmasına və bu gün də ürəklərdə yaşamasına səbəb olub. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım Ulu Öndr Heydər Əliyevin həyat yoldaşı kimi cəmiyyətə nümunə ola biləcək ana, qadın obrazının formalaşdırıb. Zərifə xanım Əliyeva bir həkim kimi də ətrafındakı insanlara təmənnasız sevgi və məhəbbətlə yanaşıb. Zərifə xanımı sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edən YAP rayon təşkilatının sədri onun adının xalqımızın qəlbində özünə əbədi yer tutduğunu vurğulayıb. Zərifə xanımı analar anası adlandıran Qafar Əliyev onun oğlu, hazırkı Azərbaycan prezidenti İlham Əliyev kimi dünyamiqyaslı süiyasətçini dünyaya gətirməsi ilə xalqımızın tarixinə qızıl hərflərlə adının yazıldığını bildirib.
Sonra Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən oftalmoloq-həkim Hicran Haşımova bildirib ki, Zərifə xanım keçmiş sovet dönəmində Azərbaycan qadınlarının əsil ziyalı və yüksək intellektə malik nümayəndəsi olaraq, onların adının ittifaq miqyasında tanınmasında xüsusi rol oynayıb. Şəxsən özünün oftalmoloq-həkim kimi yetişməsində Zərifə xanım Əliyevanın böyük rol oynadığını vurğulayan Hicran Haşımova qeyd edib ki, Zərifə xanımın adı hər zaman tariximizdə Azərbaycana İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan və Prezident bəxş edən bir ana kimi qalacaqdır. Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşən H.Haşımova bildirib ki, bu böyük insan qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox faydalı işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla adını tarixə yazdırıb.
Tədbirdə digər çıxış edənlər: Lökbatan poliklinikasının həkimi Pərvin Şirəliyeva, Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sevil Bədəlova, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, 6 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Bəhram Bayramov, Şəhid anası Fəridə İsmayılova və digərləri Zərifə xanım Əliyevanın Oftalmologiya elminin inkişafındakı xidmətləri, zəngin və çoxcəhətli fəaliyyəti haqda danışıblar. Onlar bildiriblər ki, Azərbaycanda ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini deyib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
14 May 14:48

YAP xəbərləri
14 May 14:35

Dünya
14 May 14:22

Gündəm
14 May 13:49

İdman
14 May 13:35

Dünya
14 May 12:18

Sosial
14 May 11:51

Gündəm
14 May 11:31

İdman
14 May 11:28

Analitik
14 May 10:52

Sosial
14 May 10:43

Siyasət
14 May 10:41

YAP xəbərləri
14 May 10:33

Siyasət
14 May 10:32

İqtisadiyyat
14 May 10:28

Hadisə
14 May 10:26

İqtisadiyyat
14 May 10:25

Siyasət
14 May 10:25

İqtisadiyyat
14 May 10:24

Siyasət
14 May 10:11

İqtisadiyyat
14 May 09:58

Hərbi
14 May 09:44

Sosial
14 May 09:43

Analitik
14 May 09:34

Analitik
14 May 09:28

İqtisadiyyat
14 May 09:11

Analitik
14 May 08:57

Analitik
14 May 08:44

MEDİA
14 May 08:32

Sosial
14 May 08:16

İqtisadiyyat
13 May 23:35

YAP xəbərləri
13 May 23:12

Sosial
13 May 22:48
YAP xəbərləri
13 May 22:31

İdman
13 May 22:15

YAP xəbərləri
13 May 21:44

Siyasət
13 May 21:36

YAP xəbərləri
13 May 21:09

İqtisadiyyat
13 May 20:52

YAP xəbərləri
13 May 20:38

Dünya
13 May 20:26

YAP xəbərləri
13 May 20:13

Sosial
13 May 19:52

YAP xəbərləri
13 May 19:38

İqtisadiyyat
13 May 19:24

YAP xəbərləri
13 May 19:16

İdman
13 May 19:06

Hərbi
13 May 18:42

Siyasət
13 May 18:29

Analitik
13 May 18:09

YAP xəbərləri
13 May 18:05

Gündəm
13 May 18:02

Dünya
13 May 17:47

Gündəm
13 May 17:35

YAP xəbərləri
13 May 17:15

YAP xəbərləri
13 May 17:05

Gündəm
13 May 17:02

YAP xəbərləri
13 May 16:57

Sosial
13 May 16:48

YAP xəbərləri
13 May 16:40

Dünya
13 May 16:34

Dünya
13 May 16:28

YAP xəbərləri
13 May 16:27

Dünya
13 May 16:24

YAP xəbərləri
13 May 16:09

Sosial
13 May 15:21

YAP xəbərləri
13 May 15:14

Dünya
13 May 15:06

Mədəniyyət
13 May 15:05

İdman
13 May 14:55
