/ / İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür
İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür
05.05.2025 [16:31]
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə liderləri mətbuata birgə bəyanatlarında iki qonşu dövlətin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi, siyasi, mədəni əlaqələrin daim inkişafda olmasının vacibliyini bildirdilər. İran Prezidentinin Azərbaycana səfəri, müsbət mesajları, eyni zamanda, Azərbaycan liderinin açıqlamaları, Azərbaycan-İran münasibətlərinin inkişaf etməsinin önəmi haqqında bəyanatları onu deməyə əsas verir ki, uzun müddətdir iki dövlət arasında yaşanan problemlər, gərginliklər arxada qala bilər. Analitiklər hesab edirlər ki, cənab İlham Əliyevlə Pezeşkian arasındakı danışıqlar Azərbaycan-İran əlaqələrinin yeni mərhələyə qədəm qoyduğu ehtimalını artırır.
Pezeşkianın səfəri ilə sübut olundu ki, İran Prezidentinin Bakıya gəlişi qaçılmaz idi.
Nəticə kimi onu demək istəyirəm ki, əsas məsələ siyasi dialoqun yüksək səviyyədə qurulmasıdır. Bəli, Azərbaycan Milli Məclisinin sədri də, Baş nazir də, xarici işlər naziri də, Prezidentin köməkçisi də İranda səfərdə olub, müzakirələr aparılıb. Eyni zamanda, İran rəsmiləri də Bakıda olunlar, danışıqlar aparılıb. Yəni iki ölkə arasında dialoq mövcuddur. Amma birinci şəxslər səviyyəsində dialoq daha önəmlidir. Ona görə vacibdir ki, liderlər arasında dialoq şəxsi münasibətlər səviyyəsinə gələndə, hansısa problemli məsələ olarsa, zamanında telefon danışığı ilə də bunu həll etmək mümkün olur. Ölkə rəhbərləri arasında münasibətlər yaxın olmayanda hansısa problem yaranırsa, o zaman problemi daha da şişirmək, münasibət- ləri daha da gərginləşdirmək istəyən qüvvələr meydana çıxır. Bu baxımdan, qeyd etmək olar ki, İran Prezidentinin Bakıya gəlişi, iki liderin görüşü, müzakirələri olduqca vacib idi.
Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycanla İran arasında “ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əminamanlığın təmini, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər üstün tutuldu”. Bunu iki ölkə münasibətlərinə Azərbaycanın təklifi saymaq mümkündürmü?Əlbəttə, bu, iki ölkə arasında münasibətlərin inkişafı üçün Azərbaycanın təklif etdiyi formatdır. Cənab Prezidentin bu təklifinə İran tərəfinin etiraz etməsi, nəyəsə düzəliş etməsi üçün heç bir əsas yoxdur. Əslində Pezeşkianın timsalında bu təklifə qarşı çıxılmasına, hansısa düzəliş edilməsinə bir cəhd də görmədim. Azərbaycan tərəfinin bu prinsipləri beynəlxalq səviyyədə qəbul və icra olunan prinsiplərdir. Bu, iki qonşu dövlət arasında formalaşan münasibətlərdə əsas kimi qəbul edilməlidir.
Müzakirələr zamanı dəhlizlərin önəmindən danışıldı. Birinci növbədə, Araz dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəliş təmin olunur. İndi İranın ərazisindən Naxçıvana gediş üçün təxminən 200 kilometrlik məsəfə qət edilir. Araz dəhlizi ilə isə təxminən 45-50 kilometrlik yol qət ediləcək. İkincisi, bu yol vasitəsilə Azərbaycan Türkiyə ilə birləşir. Bu yoldan təkcə Azərbaycanın yükləri yox, eyni zamanda, Türkiyənin yüklərinin böyük bir hissəsinin daşınması həyata keçiriləcək. Ümumiyyətlə, dəhlizlər, yollar məsələsi ilə bağlı verilən açıqlamalar, mesajlar pozitiv sayıla bilər.
Prezident İlham Əliyev: İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.Biz (Azərbaycan və İran – red.) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi.Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır.
İran Prezidenti Məsud Pezeşkian:"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq.Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Lakin çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq.
Bir daha Sizə təşəkkür edirəm."
Beləliklə, aparılan danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlərin həlli haqqında söhbətlər və fikir mübadilələri aparıldı, Azərbaycan-İran strateji münasibətlərinin möhkəmləndirilməsi üçün daha çox çalışılmasına diqqət yetirildi.Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.
Xəbər lenti
Hamısına baxDünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35

