/ / YAP Laçın rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müsabiqə qaliblərini mükafatlandırıb
YAP Laçın rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müsabiqə qaliblərini mükafatlandırıb
05.05.2025 [22:45]
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olmaqla, bu gün də öz aktuallığını qoruyub saxlayır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir, müstəqil Azərbaycanın möhkəmlənməsində və tərəqqisində mühüm rol oynayıb. Bu siyasi irsin gənc nəsil tərəfindən dərindən öyrənilməsi, mənimsənilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.
İlqar İlyasov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu strateji xətti böyük uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız daxili siyasi sabitliyi təmin etməklə kifayətlənməyib, eyni zamanda regionda söz sahibinə çevrilib və 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə ərazi bütövlüyünü bərpa edib. Bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün real nəticələrə çevrilərək ölkəmizin gələcəyini müəyyənləşdirir.
Tədbirdə çıxış edən digər natiqlər də bu cür tədbirlərin keçirilməsinin, Azərbaycanın ictimai-siyasi həyatında dərin iz qoymuş Heydər Əliyevin əziz xatirəsinin anılması və onun zəngin siyasi irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Eyni zamanda, bu cür layihələr şagirdlərin və gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Sonda qaliblərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

