Heydər Əliyev ideyaları əbədiyaşardır
07.05.2025 [10:42]
Xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir. Parlaq ideyaları, zəngin siyasi irsi və yüksək idarəçilik keyfiyyətləri sayəsində Ulu Öndər dünya tarixində silinməz iz qoymuş görkəmli liderlərdən biri kimi tanınmışdır. Dövlətə və xalqa sədaqətlə xidmət edən Dahi Liderin milli maraqlara əsaslanan uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf yoluna qədəm qoymuşdur. Bu gün də Heydər Əliyevin ideyaları müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir.
Ümummilli Lider Heydər Əliyev 1923-cü il mayın 10-da qədim və zəngin tarixə malik Naxçıvan şəhərində dünyaya gəlmişdir. Ulu Öndər istər Sovet dövründə, istərsə də müstəqillik illərində tutduğu hər bir yüksək vəzifədə yalnız xalqın rifahını əsas prinsip kimi qəbul etmiş, bu yolda böyük əzmkarlıq və siyasi iradə nümayiş etdirmişdir.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın həyatında böyük inkişaf mərhələsi başlanmışdır. Dahi Liderin təşkilatçılıq bacarığı və qətiyyətli mövqeyi nəticəsində Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə etmişdir. Heydər Əliyev mərkəzi Sovet hakimiyyətinin ciddi məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını daim ön planda saxlamış, xalqımızın hüquqlarını müdafiə etmiş və milli özünüdərkin möhkəmləndirilməsi üçün vacib addımlar atmışdır. Onun təşəbbüsü ilə respublikanın sənaye potensialı gücləndirilmiş, yeni zavod və fabriklər istifadəyə verilmiş, kənd təsərrüfatında məhsuldarlıq artmış və xalqın sosial rifahı yaxşılaşdırılmışdır.
Təhsil sahəsində ciddi islahatlara start verilmiş, minlərlə azərbaycanlı gəncin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil alması təmin olunmuşdur. Bu amillər gələcəkdə ölkənin elmi, intellektual və peşəkar potensialının formalaşmasında mühüm rol oynamışdır. Eyni zamanda, mədəniyyət və incəsənət sahəsində də böyük dirçəliş yaşanmış, milli dəyərlərin təbliği, tarixi yaddaşın qorunması və yaradıcı mühitin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bu uğurlar Heydər Əliyevin müdrik siyasəti və xalqa olan sonsuz məhəbbətinin təcəssümü kimi Azərbaycanın gələcək müstəqil inkişafının təməlini təşkil etmişdir.
Ümummilli Liderin prinsipial mövqeyi nəticəsində ana dili və zəngin mədəni irsimiz qorunub saxlanılmışdır. Xüsusilə, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında ana dilinin dövlət dili statusu alması milli kimliyimizin hüquqi müstəvidə təsbit olunması baxımından mühüm önəm kəsb edir.
1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Dahi Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan baxışı əsasında formalaşan bu partiya “Dövlətə sədaqət, xalqa xidmət” prinsipi ilə fəaliyyətə başlamışdır.
Həmin dövrdə ölkəmizdə siyasi böhran, idarəetmədə xaos, iqtisadi tənəzzül və separatizm təhlükəsi hökm sürürdü. Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, Dahi Lider qısa müddətdə sabitlik yaradaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsini təmin edən təməl formalaşdırdı. Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkədə sabitliyin bərpa olunmasında aparıcı siyasi qüvvəyə çevrildi.
Ulu Öndər Heydər Əliyevin islahatları nəticəsində nizami Azərbaycan Ordusunun formalaşdırılmasına başlanılmışdır. Onun rəhbərliyi ilə ordu quruculuğu dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, müasir tələblərə cavab verən hərbi struktur yaradılmış və peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmışdır. Bu proses Azərbaycan Silahlı Qüvvələrinin güclü hərbi potensialının formalaşdırılması baxımından tarixi əhəmiyyətə malik olmuşdur.
Bu mərhələdə Ümummilli Lider Heydər Əliyevin atdığı strateji addımlardan biri 1994-cü il sentyabrın 20-də imzalanan və sonradan “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə Azərbaycanın müstəqil enerji strategiyasının təməlini qoyaraq ölkənin iqtisadi inkişafında yeni mərhələ açdı. “Əsrin müqaviləsi” həm də Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaqla yanaşı, transmilli layihələrin əsas iştirakçısına və Cənubi Qafqazın aparıcı geosiyasi aktoruna çevrildi. Bu saziş müstəqil ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarından biri oldu.
1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafı üçün əsas hüquqi baza yaratmışdır. Bu tarixi sənəd insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etmişdir.
Dahi Lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici strategiyası həm ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirmişdir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal arenada etibarlı tərəfdaş kimi tanınmışdır.
Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi mühüm transmilli enerji layihələri Dahi Liderin diplomatik müdrikliyi və qətiyyətli siyasi iradəsi sayəsində uğurla reallaşdırılmışdır. Həmin layihələr Azərbaycanın zəngin enerji ehtiyatlarını beynəlxalq bazarlara etibarlı və alternativ marşrutlarla çıxarmaqla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasını təmin etmişdir. Bununla da Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də regionda iqtisadi əməkdaşlığın, siyasi sabitliyin və geostrateji tərəfdaşlığın mühüm mərkəzinə çevrilmişdir. Bu uğurlar bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin enerji strategiyası geosiyasi hədəflərə hesablanmış bir yol xəritəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz mühüm tarixi zəfərlərə imza atmış, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atılmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xalq-iqtidar-ordu birliyinin nəticəsi olaraq torpaqlarımız işğaldan azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Bu möhtəşəm Qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan dövlətçilik ənənələri dayanır.
Dövlətimizin başçısı həmin siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, ölkəmizi regionda və dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevirmişdir. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli strategiya Azərbaycanı sabitlik, davamlı inkişaf və parlaq gələcək yolunda əmin addımlarla irəli aparır.
Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrinin təməlini qoyan, milli ideologiyanın formalaşmasında müstəsna rol oynayan görkəmli tarixi şəxsiyyət kimi yaddaşlarda əbədi qalacaqdır. Onun əvəzolunmaz xidmətləri xalqımız tərəfindən hər zaman dərin ehtiramla xatırlanacaqdır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
İdman
20 May 23:37

Dünya
20 May 23:16

Dünya
20 May 22:51

Xəbər lenti
20 May 22:30

Dünya
20 May 22:19

Dünya
20 May 21:45

Dünya
20 May 21:24

Dünya
20 May 20:46

Hadisə
20 May 20:12

Dünya
20 May 19:52

YAP xəbərləri
20 May 19:28

YAP xəbərləri
20 May 18:36

Analitik
20 May 18:31

Dünya
20 May 18:15

Dünya
20 May 17:44

YAP xəbərləri
20 May 17:25

YAP xəbərləri
20 May 16:32

YAP xəbərləri
20 May 16:05

Gündəm
20 May 16:01

Elanlar
20 May 15:51

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:14

Siyasət
20 May 15:13

Siyasət
20 May 15:12

Siyasət
20 May 15:10

Siyasət
20 May 15:09

Gündəm
20 May 14:53

Elanlar
20 May 14:51

Sosial
20 May 14:50

YAP xəbərləri
20 May 14:33

Sosial
20 May 14:11

Gündəm
20 May 13:50

Elm
20 May 13:03

Mədəniyyət
20 May 12:42

Siyasət
20 May 12:10

Sosial
20 May 11:30

İdman
20 May 11:27

Dünya
20 May 11:26

Sosial
20 May 11:25

Gündəm
20 May 11:22

Gündəm
20 May 11:20

İqtisadiyyat
20 May 11:18

İqtisadiyyat
20 May 11:17

Sosial
20 May 10:31

YAP xəbərləri
20 May 10:20

Sosial
20 May 10:18

Analitik
20 May 10:09

İqtisadiyyat
20 May 09:57

Siyasət
20 May 09:43

Ədəbiyyat
20 May 09:38

MEDİA
20 May 09:29

Analitik
20 May 09:15

Analitik
20 May 09:07

Dünya
20 May 08:54

Dünya
20 May 08:41

Sosial
20 May 08:36

Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Siyasət
19 May 21:32

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18
