/ / Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib
Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib
07.05.2025 [16:49]
Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə uşaq və yeniyetmələr arasında Şahmat üzrə Tempo turniri təşkil olunub.
Turnir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Yarış məktəbin inzibati binasının önündə, açıq havada keçirilib.
Tədbirin açılış mərasimində YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Tofiq Əliyev və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov iştirakçıları salamlayaraq, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurulması və inkişafında müstəsna xidmətlərini vurğulayıb. O, bu gün əldə olunan uğurların məhz Ulu Öndərin siyasi kursunun nəticəsi olduğunu qeyd edib.
Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə isə çıxışında tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına xüsusi diqqət göstərdiyini bildirib. O, ölkədə şahmat məktəblərinin açılması, istedadlı gənclərin üzə çıxarılması və onların beynəlxalq arenada uğurla təmsil olunmasında Ulu Öndərin böyük rolunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Turnirin sonunda qalib və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

