Azərbaycan-Vyetnam münasibətləri
08.05.2025 [19:56]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Ölkə başçı İlham Əliyevin də qeyd etdiyi kimi: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”. Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində söyləyib ki, ölkəmiz ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. İkitərəfli əlaqələr sonillər daha da inkişaf etməkdədir. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir. Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vietnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. 2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vietnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycanla Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.
Vyetnam liderinin ölkəmizə səfərinin əhəmiyyətinə xüsusi ilə toxunan dövlətimizin başçısı müsahibəsində bunun fəal əməkdaşlığa mühüm təkan olacağını qeyd edib: “Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir.
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
14 May 14:51

Sosial
14 May 14:50

Dünya
14 May 14:49

Xəbər lenti
14 May 14:48

YAP xəbərləri
14 May 14:35

Dünya
14 May 14:22

Gündəm
14 May 13:49

İdman
14 May 13:35

Dünya
14 May 12:18

Sosial
14 May 11:51

Gündəm
14 May 11:31

İdman
14 May 11:28

Analitik
14 May 10:52

Sosial
14 May 10:43

Siyasət
14 May 10:41

YAP xəbərləri
14 May 10:33

Siyasət
14 May 10:32

İqtisadiyyat
14 May 10:28

Hadisə
14 May 10:26

İqtisadiyyat
14 May 10:25

Siyasət
14 May 10:25

İqtisadiyyat
14 May 10:24

Siyasət
14 May 10:11

İqtisadiyyat
14 May 09:58

Hərbi
14 May 09:44

Sosial
14 May 09:43

Analitik
14 May 09:34

Analitik
14 May 09:28

İqtisadiyyat
14 May 09:11

Analitik
14 May 08:57

Analitik
14 May 08:44

MEDİA
14 May 08:32

Sosial
14 May 08:16

İqtisadiyyat
13 May 23:35

YAP xəbərləri
13 May 23:12

Sosial
13 May 22:48
YAP xəbərləri
13 May 22:31

İdman
13 May 22:15

YAP xəbərləri
13 May 21:44

Siyasət
13 May 21:36

YAP xəbərləri
13 May 21:09

İqtisadiyyat
13 May 20:52

YAP xəbərləri
13 May 20:38

Dünya
13 May 20:26

YAP xəbərləri
13 May 20:13

Sosial
13 May 19:52

YAP xəbərləri
13 May 19:38

İqtisadiyyat
13 May 19:24

YAP xəbərləri
13 May 19:16

İdman
13 May 19:06

Hərbi
13 May 18:42

Siyasət
13 May 18:29

Analitik
13 May 18:09

YAP xəbərləri
13 May 18:05

Gündəm
13 May 18:02

Dünya
13 May 17:47

Gündəm
13 May 17:35

YAP xəbərləri
13 May 17:15

YAP xəbərləri
13 May 17:05

Gündəm
13 May 17:02

YAP xəbərləri
13 May 16:57

Sosial
13 May 16:48

YAP xəbərləri
13 May 16:40

Dünya
13 May 16:34

Dünya
13 May 16:28

YAP xəbərləri
13 May 16:27

Dünya
13 May 16:24

YAP xəbərləri
13 May 16:09

Sosial
13 May 15:21

YAP xəbərləri
13 May 15:14
