/ / Pirallahıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası və konfrans keçirilib
Pirallahıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası və konfrans keçirilib
08.05.2025 [17:40]
8 may 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektiv üzvləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Konfransdan əvvəl Pirallahı qəsəbəsinin girişində yerləşən körpü yaxınlığında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 150 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilib. Bununla yanaşı, Rayon İcra Hakimiyyətinin dəstəyi və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə xeyriyyə aksiyası baş tutub. Aksiya çərçivəsində şəhid övladlarına, Vətən müharibəsi iştirakçılarının övladlarına və aztəminatlı ailələrə geyim yardımları təqdim olunub. Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon Komitəsi eyni zamanda iməcilik aksiyası təşkil edərək ərazidə təmizlik işləri aparıb.
Daha sonra RİH başçısı və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. İştirakçılar daha sonra Pirallahı Gənclər Evində təşkil olunmuş “4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.
Tədbirdə ilk olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov çıxış edərək, qeyd edib ki, Azərbaycan Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi dayağıdır. Bu sənədin hazırlanması və qəbul prosesi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib və bu, onun dövlətçilik tariximizdəki əvəzsiz xidmətlərinin göstəricisidir. O əlavə edib ki, Konstitusiyanın hüquqi mexanizmləri bu gün də ölkədə sabitliyin, vətəndaş hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov qeyd etmişlər ki, Konstitusiya hüquqi dövlətin, vətəndaş cəmiyyətinin və siyasi sabitliyin əsas təminatçısı olmaqla yanaşı, xalqın iradəsini ifadə edən mühüm hüquqi sənəddir. Bildirilmişdir ki, Konstitusiyanın hər bir maddəsində Ulu Öndər Heydər Əliyev ideyalarının izləri aydın şəkildə görünür və bu sənəd gənc nəslin milli dəyərlərə sadiq ruhda formalaşmasında mühüm rol oynayır.
Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib. O, 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının tarixi rolundan və sonrakı illərdə həyata keçirilən təkmilləşdirmələrdən danışıb. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə həyata keçirilən tədbirlərə xüsusi aktuallıq qazandırıb. Vasif İmanov bildirib ki, rayon üzrə tədbirlər planı çərçivəsində bu günə qədər 5 tədbir, 3 ağacəkmə aksiyası, 2 xeyriyyə aksiyası və müxtəlif idman yarışları təşkil olunub. O, vətəndaşların konstitusiyaya hörmət və bağlılığını gücləndirməyə yönəlmiş bu tədbirlərin davamlı olacağını da qeyd edib. RİH başçısı çıxışı zamanı il ərzində əldə olunan nailiyyətlərdən də söz açaraq bildirdi ki, yerli icra hakimiyyəti orqanları arasında xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi zamanı Pirallahı Rayon İcra Hakimiyyəti ən yüksək göstəricilər əldə edərək, 2023 və 2024-cü illərdə, ardıcıl iki il birinci yerə layiq görülmüş və mükafatlandırılmışdır. Həmçinin 2024-cü ildə yerli icra hakimiyyəti orqanları arasında yalnız Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərin reytinqi 4 ulduzla qiymətləndirilmişdir. O da vurğulandı ki, Dövlət Nəzarəti İnformasiya Sistemi üzrə 01.03.2025-ci il tarixinə Pirallahı Rayon İcra Hakimiyyəti tapşırıqların yerinə yetirilməsi üzrə yerli icra hakimiyyətlərinin icra göstəricilərinin müqayisəsində 98,79% nəticə ilə ilk yerdədir.
Rəsmi hissənin sonunda rayonun ictimai həyatında fəal iştirakları ilə seçilən bir sıra şəxslərə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, Rayon Ağsaqqallar Şurasının bir neçə üzvünə mükafatlar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olunmuş şəxslərə isə partiya biletləri təqdim olunub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qasımov Adəm Həsən oğluna “Tərəqqi” medalı təqdim olunmuşdur.
Bununla da sona çatan rəsmi hissədən sonra bədii hissə açıq elan edilmişdir. Təhsil və mədəniyyət müəssisələrinin yetirmələri tərəfindən şeirlər, mahnılar səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmişdir. Tədbir, iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə başa çatmışdır.
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
22 May 10:47

İdman
22 May 10:40

Sosial
22 May 10:38

İqtisadiyyat
22 May 10:36

İqtisadiyyat
22 May 10:35

Siyasət
22 May 10:31

Analitik
22 May 10:19

İqtisadiyyat
22 May 09:56

Analitik
22 May 09:42

Analitik
22 May 09:25

Dünya
22 May 09:11

Mədəniyyət
22 May 08:50

MEDİA
22 May 08:34

Sosial
22 May 08:16

Sosial
21 May 23:45

İdman
21 May 23:38

Sosial
21 May 23:17

Sosial
21 May 22:52

Dünya
21 May 22:35

İdman
21 May 22:10

Hərbi
21 May 21:58

Gündəm
21 May 21:41

Dünya
21 May 21:34

Dünya
21 May 21:17

Dünya
21 May 20:46

Dünya
21 May 20:29

Dünya
21 May 20:15

Sosial
21 May 19:55

Dünya
21 May 19:31

İdman
21 May 19:12

YAP xəbərləri
21 May 18:58

Gündəm
21 May 18:37

YAP xəbərləri
21 May 18:35

YAP xəbərləri
21 May 18:14

YAP xəbərləri
21 May 17:52

YAP xəbərləri
21 May 17:30

YAP xəbərləri
21 May 17:19

YAP xəbərləri
21 May 17:07
YAP xəbərləri
21 May 16:58

YAP xəbərləri
21 May 16:53

Dünya
21 May 16:52

Siyasət
21 May 16:37

Analitik
21 May 16:29

Gündəm
21 May 16:27

Gündəm
21 May 16:16

Siyasət
21 May 16:06

Dünya
21 May 15:51

Xəbər lenti
21 May 15:50

Dünya
21 May 15:28

Gündəm
21 May 14:34

İqtisadiyyat
21 May 14:31

Siyasət
21 May 14:28

Sosial
21 May 14:27

İqtisadiyyat
21 May 14:27

Sosial
21 May 14:26

Xəbər lenti
21 May 14:20

Siyasət
21 May 14:19

Siyasət
21 May 14:18

YAP xəbərləri
21 May 13:33

Sosial
21 May 12:29

YAP xəbərləri
21 May 12:24

YAP xəbərləri
21 May 12:23

İdman
21 May 11:52

Sosial
21 May 11:49

Gündəm
21 May 11:46

Xəbər lenti
21 May 11:22

Gündəm
21 May 11:18

Gündəm
21 May 10:48

Siyasət
21 May 10:42

Sosial
21 May 10:38
