Azərbaycan - Vyetnam əlaqələri bundan sonra daha da inkişaf edəcək
12.05.2025 [16:21]
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Məlum olduğu kimi, bu günlərdə ölkəmizdə önəmli hadisələrdən biri də Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Artıq yarım əsrdən çox müddət ərzində davam edən dostluq münasibətləri hazırda yeni inkişaf mərhələsindədir. İki ölkə arasında olan əlaqələrin inkişafında ulu öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Xo Şi Minin müstəsna xidmətləri olub. Xo Şi Min 1959-cu ildə Bakıya səfər edərkən Azərbaycanı Vyetnamın neft sənayesinin inkişafına kömək etməyə çağırıb, ötən illər ərzində yüzlərlə azərbaycanlı mütəxəssis Vyetnamda neft sənayesinin dirçəldilməsinə böyük töhfələr verib. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Həmin dövrdə regionda gedən geosiyasi proseslər səbəbindən ciddi təhdidlə üzləşən ölkəyə ulu öndərin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi.
Qeyd edək ki, qarşılıqlı əlaqələrin nəticəsi olaraq hələ sovet dövründə beş minə yaxın vyetnamlı gənc ölkəmizdə ali təhsil alıb. Hətta onlardan bəzilərinin Azərbaycanda qalıb yaşayanı da olub. Ölkəmizdə təhsil alan minlərlə vyetnamlı tələbə Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verərək bu gün də vətənlərində yüksək vəzifələrdə çalışırlar. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə qeyd etmişdir ki, Azərbaycan-Vyetnam əlaqələrinin təməlini Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Ümumiyyətlə, ikitərəfli əməkdaşlıq iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni sahədə də inkişaf edib. Bu mənada Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi olduqca böyük əhəmiyyət kəsb edir. Həmin tələbələr sonrakı illərdə də iki ölkə arasında əlaqələrin qurulmasında fəal iştirak ediblər. Ötən ilin may ayında Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 40 il əvvəl Azərbaycanda təhsil almış Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri ölkəmizdə səfərdə olarkən qədim şəhərimiz Şuşanı ziyarət ediblər. Təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın əməyi böyükdür. Mədəni əlaqələr müxtəlif dövrlərdə bir çox təşəbbüslər və layihələr çərçivəsində möhkəmlənib. Belə layihələrdən biri də 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinin həyata keçirilməsidir. Ötən ay Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Fond görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərmişdir. Səfər çərçivəsində Leyla Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Lı ilə görüşlər keçirmişdir.
Onu da qeyd edək ki, Vyetnam və Azərbaycanı siyasi-iqtisadi əlaqələrlə yanaşı, oxşar milli ənənələr də birləşdirir. Qədim tarixə malik Vyetnam olduqca zəngin və unikal mədəniyyətə sahibdir. Vyetnamlılar da azərbaycanlılar kimi sülhsevər, milli adət-ənənələrinə sadiq xalqdır. Ölkə əhalisinin əksəriyyətini vyetnamlılar təşkil etsə də burada 50-dən çox azsaylı millət yaşayır. Onlar txay, kxmer, xaray, txo, nunq, mionq, tiyam və digər xalqlardı. Hər iki ölkəni ailə dəyərlərinə, milli adət-ənənələrə hörmət, onları qoruyub saxlamaq missiyası yaxınlaşdırır. Azərbaycanda olduğu kimi, Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması dövlətin əsas prinsiplərindən biridir. Bəzi mədəniyyət işçiləri və mütəxəssislər isə hesab edirlər ki, Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar çoxdur. Onlarda da klassik musiqi və rəqs mədəni irs olaraq qorunur. Şərq elementləri ilə zəngin musiqiləri öz kökünü əsasən xalq musiqisindən alır. Milli rəqslərimiz arasında sanki bir paralellik olduğu hesab edilir. Vyetnamın şimalında məskunlaşan Tay etnik qrupunun rəqsi ilə Azərbaycanın "Yallı" rəqsi arasında oxşarlığın olduğu daha çox qeyd edilir. Dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev 1954-cü ildə ölkələrimizin dostluq münasibətlərini təcəssüm etdirən "Vyetnam" süitasını yazmışdır. SSRİ Xalq bəstəkarının bu əsəri Sovet-Vyetnam müştərək işi olan "Vyetnam" filmində də istifadə edilmişdir. 2023-cü ilin dekabr ayında Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü, türkdilli ölkələrin səfirliklərinin dəstəyi və Vyetnam Milli Musiqi Akademiyasının təşkilatçılığı ilə Hanoy şəhərində dahi bəstəkar Qara Qarayevin "Vyetnam" əsərinin premyerası keçirilmişdir. Azərbaycan-Vyetnam dostluğu üçün böyük hadisə olan "Vyetnam süitası"nın premyerasında ölkənin yüksəkvəzifəli şəxsləri, Hanoydakı diplomatik missiyaların rəhbərləri, musiqişünaslar, digər yaradıcı şəxslər iştirak etmişlər. O vaxta kimi Vyetnamda ifa edilməmiş əsərə böyük maraq səbəbindən konsert Mərkəzi Televiziya tərəfindən canlı yayımlanıb və lentə alınıb. Dövlətlərimiz arasında mədəni əlaqələr daim yüksək səviyyədə davam edib. Vyetnamda kino məktəbinin qurulmasında rejissor Əjdər İbrahimovun böyük rolu olub. Bakıda "Əfsanə yaradanlar" filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür. 2024-cü ilin 22-27 iyul tarixlərində isə Azərbaycanda Vyetnam lideri Ho Şi Minin ölkəmizə səfərinin 65 illik yubileyi ilə əlaqədar "Vyetnam" günləri keçirilib. Vyetnamlıların qədim köklər üzərində formalaşmış milli geyimlərində Azərbaycan milli geyimlərində olduğu kimi, xalq yaradıcılığının bədii xüsusiyyətləri öz əksini tapır. El sənəti, tikmə və naxış vurma kimi sənət nümunələri geniş inkişaf edib. Geyimlərin, qab-qacağın və digər məişət əşyalarının üzərinə vurulan və toxunan zərif naxışlar və tikiliş üslubunda bənzərliklər çoxdur.
Ən əsası, iki ölkə arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə aid olsa da son illər daha çox inkişaf edib. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə verdiyi müsahibəsində deyib: "Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş "Əfsanə yaradanlar" filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi". Ümumiyyətlə, Vyetnamın mədəniyyəti ölkənin zəngin tarixindən və müxtəlif etnik qrupların təsirindən formalaşıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

