/ / “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 May Müzeylər günü ilə əlaqədar “ Tariximizi öyrənək – əmanətlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 May Müzeylər günü ilə əlaqədar “ Tariximizi öyrənək – əmanətlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib
19.05.2025 [18:28]
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən 18 May-Beynəlxalq Muzeylər Günü münasibətilə Kəlbəcər rayon 13 saylı orta məktəbin şagirdlərinin Kəlbəcər Tarix Diyarşünaslıq müzeyinə ekskursiyası təşkil olundu.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
XX əsrin sonlarında Azərbaycan muzeylərinə tətbiq edilən erməni vandalizmi nəticvəsində 23 Muzey və 4 şəkil qalareyası dağıdıldı. Erməni vandalları tərəfindən 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi də məhv edilərək dağıdılmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Böyük Qayıdış planına uyğun olaraq yurd yerlərimiz yenidən tikilib qurularaq sakinlərin ixtiyarına verilir. Yaxın zamanlarda Kəlbəcərə də köç karvanları yola düşəcək. Burada da həyat öz axarına düşəcək, canlanma yaranacaq. Kəlbəcərdə də tarix, mədəniyyət abidələrimiz, muzeylərimiz yenidən bərpa olunacaq. Müzeyin əməkdaşlarl Asif Ağayev və Sevinc Musayeva ziyarətçiləri səmimi salamlayaraq müzey barədə ətraflı məlumat verdi. Qeyd etdilər ki, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu mədəni irs abidəsi 1982-ci ildə yaradılıb. O, ziyarətçilərin nəzərinə çatdırıb ki, muzeyin Kəlbəcər şəhərindəki həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəlləri nümayiş etdirilirdi. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. Muzeyin yaradıcısı mərhum alim-şair, filologiya üzrə fəlsəfə doktoru Şamil Əsgərovun min bir zəhməti sayəsində yaradılmış muzey bu gün də zənginliyi ilə seçilir. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini dayandırmış, muzeyin fondu tamamilə itirilmişdir. 1993-cü ildən isə muzey Bakı şəhərində qismən bərpa edilmişdir. Muzeyin əsas və köməkçi fondu 6.237 ədəd eksponat təşkil edir. Bu günə şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu və inanırıq ki, dövlətimiz tərəfindən müzey yenidən bərpa olaçaq və biz öz doğma yurdumuzda fəaliyyət göstərəçəyik. Şagirdlər muzey haqqında ətraflı məlumat əldə etdilər və tarixi ekisponatlarla yaxından tanış oldular. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

