Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilmişdir.
21.05.2025 [13:33]
15 may 2025-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilmişdir.
İlk öncə tədbirə dəvət olunan qonaqlar, rayon rəhbərliyi və Ağsaqqallar Şurasının üzvləri Ulu Öndər Heydər Əliyevin büstünə gül dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, prof. Vaqif Şadlinski ilk öncə qonaqları – Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevi, millət vəkili Asif Əsgərovu və digər qonaqları salamlamış, daha sonra tədbir iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Şuranın sədri prof. Vaqif Şadlinski Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair hesabatı ilə bağlı geniş məruzə etmişdir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri prof. Vaqif Şadlinski məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışmış, qeyd etmişdir ki, “Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır. Daha sonra məruzəçi Şuranın son 2 ildəki fəaliyyəti haqqqında geniş məlumat vermişdir.
(Hesabat dövrü ərzində görülən işlər sadalanarkən həmin tədbirlər video-çarx vasitəsilə yığıncaq iştirakçılarına çatdırılmışdır.)
İlk öncə iclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri prof. Eldar Quliyev respublikanın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlardan danışmış, Nəsimi Rayon Ağsaqqallar Şurasının, xüsusilə Şuranın sədri prof. Vaqif Şadlinskinin fəaliyyətini yüksək dəyərləndirmişdir.
Sonra tədbirdə çıxış edən millət vəkili cənab Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs etmiş, son iki ildə Nəsimi rayonunda gedən abadlıq quruculuq işlərindən danışmış və rayonun ictimai-siyasi həyatında ağsaqqalların geniş nüfuzunu qeyd etmişdir.
Daha sonra tədbirdə Rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda yaşayan azsaylı xalqların monolit birliyindən danışmış, Nəsimi rayon ağsaqqallarının günü-gündən artan nüfuzundan bəhs etmişdir.
Yığıncaqda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun günbəgün artmasından və bu işdə Nəsimi Rayon Ağsaqqallar Şurasının, Şuranın sədri Vaqif Şadlinskinin böyük rolundan söz açmışlar.
Daha sonra çıxış edən Xalid Kərimov Nəsimi Rayon Ağsaqqallar Şurasının 2 illik fəaliyyət dövrünün hesabatının qənaətbəxş hesab edilməsini təklif etmişdir.
Təklif səsə qoyulmuş, hesabat yığıncağının iştirakçıları yekdilliklə Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci fəaliyyət illərinin hesabatını qənaətbəxş hesab etmişlər.
Tədbir iştirakçıları açıq səsvermə yolu ilə yekdilliklə Əməkdar elm xadimi, professor Vaqif Şadlinskini yenidən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri seçmişlər.
Yığıncaq bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam etmişdir. İlk öncə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Eldar İsmayılov Əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə “Qızıl ürək” medalını təqdim etmişdir. Daha sonra Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvü, ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev “Fəxri Fərman”la təltif edilmişdir. Fəxri Fərmanı millət vəkili, prof. Eldar Quliyev təqdim etmişdir.
Daha sonra aşağıda adları qeyd olunan Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri “Təşəkkürnamə” ilə təltif olunmuşlar: Vaqif Orucov, Həsənxan Mədətov, Həqiqət Qədirova, Leyla Mextiyeva, Fərhad Nağıyev.
Təltif olunanlar adından Azərbaycan Dillər Universitetinin rektor müşaviri Ələddin Əliyev çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasına və üzvü olduğu Rayon Ağsaqqallar Şurasına öz minnətdarlıqlarını bildirmişdir.
Sonda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, prof. Vaqif Şadlinski çıxış edərək bir daha ölkə rəhbərliyinə, Azərbaycan Ağsaqqallar Şurasına və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

