İki dost və tərəfdaş ölkə
22.05.2025 [15:03]
Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir. Dost və strateji tərəfdaş olan ölkələrimizin mövqeləri bir çox məsələlər üzrə üst-üstə düşür. Ölkələrimiz arasında bir çox oxşarlıqlar var. Hər iki ölkənin əhali sayının təxminən eyni olması, ərazi sahəsininin də demək olar bir-birinə çox yaxın olması əsas oxşarlıqlardandır. Macarıstan da Azərbaycan kimi açıq dənizlərə çıxışı olmayan ölkədir. Ümumiyyətlə, ölkələrimizin geosiyasi oxşarlıqları qarşılıqlı anlaşma üçün gözəl zəmin yaradır.
Mayın 20-də Prezident İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanatında Azərbaycan həqiqətlərinə diqqət çəkər bildirdi ki, ölkəmiz dörd il yarım əvvəl öz ərazisində müharibə apararaq Ermənistanın 30 illik işğalına son qoydu. 44 gün ərzində Azərbaycan ordusu hər gün biz irəliyə gedir, bir addım geri atmırdı. Azərbaycan ordusunda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Azərbaycan da bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdi və 2023-cü ildə öz suverenliyini tam bərpa etdi.
Ölkə başçı mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı danışarkən onu bildirdi ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da Azərbaycan tərəfi olub. Sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycan dövlətidir və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə ölkəmizin təklif etdiyi məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin bağlanmasına gəldikdə isə burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, Azərbaycanın bu iki şərtini qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar Azərbaycanın təklifilə razılaşmağa məcbur olacaqlar.
Prezident İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanatında ölkələrimiz arasında ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu bildirdi. Ölkələrimiz energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir.
Gələn ilin əvvəlində imzalanacaq növbəti müqaviləyə əsasən Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Ölkəmiz eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyir. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Ümumiyyətlə, Azərbaycan və Macarıstan bütün başqa məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

