Azərbaycan diplomatiyasının tarixi uğuru
12.08.2025 [14:28]
Avqustun 8-də Vaşinqtonda yazılan tarix Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatı oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Digər tərəfdən xarici siyasətimizin dəyişməz prinsipləri Azərbaycanın ənənəvi tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirməsində, həmçinin yeni körpülər qurmasında əhəmiyyətli tol oynayır. Bu gün Azərbaycan-ABŞ münasibətlərində açılan yeni səhifə özündə mühüm məqamları birləşdirməklə yanaşı, bugünkü və gələcək dövrün çağırışlarını açıqlayır.
Yeni strateji müttəfiqlik modelini təqdim edən Azərbaycan-Amerika münasibətlərinin uğurlu gələcəyi üçün bütün imkanlar mövcuddur. Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni, strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Cənab İlham Əliyevin səfəri də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyev ötən ilin iyulunda Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-da keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyev Trampın prezidentliyi dövründə ABŞ-ın yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilinə diqqət çəkmişdi. Bu açıqlama Azərbaycanın regional və qlobal siyasi proseslərə yanaşmasının bariz nümunəsi idi. Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-a səfəri bu dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu cür yüksəksəviyyəli liderlər dialoqu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır.
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşündən sonra mətbuata bəyanatları da perspektivlərin təqdimatında əhəmiyyətli rol oynadı.
Vaşinqton səfərinin uğurlu nəticələrindən biri, təbii ki, Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə gərginlik yaradan 907-ci düzəlişin tarixə qovuşması oldu. ABŞ Konqresi tərəfindən 1992-ci ilin oktyabrından etibarən “Azadlığı Müdafiə Aktı”na edilən 907-ci düzəlişlə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edilirdi. Bununla Azərbaycan postsovet məkanında ABŞ-ın yardımını və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrilmişdi. Bu, həmin vaxt Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizlik idi. Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan, ikitərəfli əlaqələrdə gərginlik yaradan bu müddəanın 33 ildən sonra ləğvi, bu ədalətsiz düzəlişin tətbiqinin dayandırılması Azərbaycan diplomatiyasının tarixi uğurudur.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında diqqəti bu uğurumuza yönəldərək onu da qeyd etdi ki, 1992-ci ildə, Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra ölkəmizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı.
Dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində də ABŞ səfərinin nəticələrini geniş təhlil etdi, münasibətlərimizin gələcək inkişafından danışdı. Qarşılıqlı etimad mühitinin mövcudluğu xüsusi olaraq vurğulandı. “Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Səfəri çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik.
O da qeyd edildi ki, şəxsi təmaslar münasibətlərimizdə önəmli rol oynayacaq. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var: “Bu, Prezident Trampla mənim birinci görüşümdür… Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi… Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir…Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

