Laçın: Azadlıqdan inkişafa gedən yol
25.08.2025 [11:05]
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu ölkəmizə geri təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü ilin 31 iyulunda Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
Bu gün Azərbaycan işğaldan azad etdiyi bölgələrdə, o cümlədən Laçında həyatı sürətlə canlandırır. Hazırda bütün dünyanın diqqət və maraqla izlədiyi “Böyük Qayıdış” proqramının icrası ölkəmizdə əsas prioritet kimi müəyyən edilib. Uzun illər boyunca yurd həsrətilə, məcburi köçkün həyatı yaşamış həmvətənlərimizin öz doğma el-obalarına qovuşmaları üçün bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparılır.
Laçının baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilib və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biridir. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metrdir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət etmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, regionun turizm potensialının inkişafına da gözəl imkanlar yaradır. Birmənlı olaraq deyə bilərik ki, işğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında bu gün çox mühüm sosial-infrastruktur layihələri uğurla həyata keçirilməkdədir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

