Keçmişimizi untmamalıyıq
25.08.2025 [12:52]
Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərində sakinlərlə görüşü zamanı bildirdi ki, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Sakinlərin rahat yaşaya bilməsi üçün lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. Bir sözlə, dövlətimiz vətəndaşları üçün gözəl şərait yaradıb.
Prezident İlham Əliyev sakinlərlə görüşdə tarixə nəzər salıdı və bildirdi ki, keçmişimizi untmamalıyıq. Kəlbəcərin işğalına diqqət çəkən ölkə başçısı vurğuladı ki, rayonun işğalı ölkəmiz üçün bütün başqa yaşayış məntəqələrinin işğalı kimi böyük faciə idi. Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaratdı və digər torpaqlarımızın işğalına yol açdı. Ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilmədi.
Ölkə başçısı işğal dövründə bəzi ölkələrin Ermənistana milyardlarla dollar dəyərində pulsuz silahlar, bəzilərinin siyasi dəstək, bəzilərinin isə imtiyazlar verirdiyini də xatırlatdı. Bütüün bunlara baxmayaraq, Azərbaycan xalqı işğalla barışmadı. Xalq-iqtidar birliyi hər gün Zəfəri yaxınlaşdırırdı. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət öz nəticəsini verdi. Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etdi.
Sakinlərlə görüşdə Prezident İlham Əliyev sülh müqaviləsi haqqında da fikirlər bildirdi. Ölkə başçısı diqqətə çatdırdı ki, sülh müqaviləsinin təşəbbüskarı Azərbaycan olub və bu sənəddə ölkəmizin mövqeyi hər zaman olduğu kimi əsas götürülüb. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, ölkəmizin tarixi diyarı olan Naxçıvanla quru bağlantısı da təmin ediləcək. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərmişdir. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Ölkəmizin kifayət qədər güclü tərəfdaşları var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki Azərbaycan öz torpağında müharibə aparıb. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməyib, etnik təmizləmə aparmayıb, heç bir ölkənin şəhər və kəndlərini viran qoymayıb. Azərbaycan öz torpağında döyüşüb və ərazi bütövlüyünü bərpa edib. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr ölkəmizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

