Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi
25.08.2025 [13:08]
26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün fəaliyyəti boyu humanizm, bəşəri dəyərləri özünə rəhbər tutan həssas insan və qayğıkeş ana Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanımın daim humanizmi rəhbər tutmasının nəticəsi odur ki, O, məhz ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına görə xalqımızın sevgisini və dəstəyini qazanıb.
Belə ki, Azərbaycan Republikasının Birinci vitse-prezidenti təyin olunana qədər Ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələn Mehriban xanım Əliyeva xalqa və dövlətə şərəfli xidmət nümunəsi ortaya qoyub. Mehriban xanım Əliyeva hazırda 745 minə yaxın vətəndaşı sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də fəaliyyəti təqdir olunur.
Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələdir. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar hadisə olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi baxımından böyük önəmə malik olub. Azərbaycanın ictimai-siyasi həyatında müsbət imicə malik olan, ölkəmizin dünyada tanıdılması üçün çox mühüm işlər görən Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiyanın nüfuzunun daha da artması, həmçinin YAP-ın başqa ölkələrin siyasi partiyaları ilə yüksək səviyyədə əlaqələrinin qurulması, münasibətlərinin inkişaf etdirilməsi baxımından da önəmli olub, eyni zamanda Onun bu vəzifəyə seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildiyi sübut olunub və bu fakt qadınlarımızın YAP-a axınını daha da stimullaşdırıb. Ən əsası, partiyanın 2021-ci il martın 5-də keçirilən VII Qurultayından sonra ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin edilməsi partiya və cəmiyyət üçün əlamətdar hadisə olub.
Onu da qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Azərbaycan ictimaiyyəti Onun 2012-ci ildə ölkəmizdə keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin təşkili zamanı necə böyük əzmkarlıq və bacarıq nümayiş etdirdiyinin şahidi olub. Bakıda ən yüksək səviyyədə keçirilən beynəlxalq mahnı müsabiqəsi ölkəmizin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanımın rəhbərliyi altında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin səmərəli fəaliyyəti sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirib. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərib.
Mehriban xanımın daxili siyasət sahəsində fəaliyyəti geniş spektirlidir. Bura dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı və sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının- şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s. problemlərinin həlli ilə bağlı işləri aid etmək olar.
Birinci vitse-prezidentin Azərbaycan Respublikasında təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkəmizdə təhsil sahəsini əhatə edən çoxlu sayda layihə və proqramlar həyata keçirməkdədir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir.
Dövlətimizin diqqət mərkəzində olan əsas məslələrdən biri də şəhid ailələri və qazilərimizin problemlərinin həllidir. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa, Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı mövcuddur. Bu istiqamətdə tədbirlər Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilir. Fəaliyyətinin əsas istiqamətini xeyriyyəçilik təşkil edən Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olanlara hər zaman xüsusi həssaslıqla yanaşır.
Birinci vitse-prezidentin xüsusi diqqət göstərdiyi sahələrdən biri də idman sahəsidir. Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur.
44 günlük Vətən müharibəsi zamanı əldə edilən uğurlar, erməni vandalizmi barədə, habelə Vətən müharibəsindən sonrakı dövrdə rayonlarımızın işğaldan azad edilməsi ilə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüksək fəallığı ilə seçilib. Belə ki, müharibə zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə olduğu kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən yaxın silahdaşı olaraq dövlət başçısı ilə çiyin-çiyinə dövlətin yürütdüyü siyasətə misilsiz dəstək nümayiş etdirib. Eyni zamanda 30 illik işğaldan sonra azad olunan ərazilərə qəhrəman Azərbaycan hərbçilərindən sonra ilk ayaq basan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğma Qarabağ torpaqlarından ilk görüntüləri xalqımıza misli görünməmiş sevinc hissi bəxş edib.
Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad edilən ərazilərin yenidən qurulması, bərpası ilə bağlı layihələrin hazırlanması və təqdim olunması prosesində fəal iştirak edib və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Mehriban xanım Əliyevanın fədakar əməyi nəticəsində ərsəyə gələn digər möhtəşəm layihə “Xarıbülbül” musiqi festivalının yenidən bərpa edilməsi olub.
Sonda birmənalı şəkildə deyə bilərik ki, Mehriban xanım Əliyeva dövlət başçısının və ölkə ictimaiyyətinin ona olan böyük inamını yüksək səviyyədə doğruldur. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib. Mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələrindən Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər ünvanlanır, O isə bu müraciətlərin heç birini diqqətdən kənarda saxlamır, müvafiq olaraq həll olunması üçün çalışır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərmək üzrə qurur və bu istiqamətdə fəaliyyətini daim genişləndirməkdədir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

