Azərbaycan böyük hədəflərə doğru inamla addımlayır
28.08.2025 [19:17]
Son beş ilin reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrilməsi istiqamətində mühüm addımların atılması, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsidir. Avqustun 21-də Böyük Qayıdışın növbəti ünvanı Kəlbəcər şəhəri oldu.
Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Nəticənin tez bir zamanda əldə edilməsi təbii ki, ölkəmizin imkanlarının təqdimatıdır. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri böyük qürur hissi ilə qarşılanır. Hər bir səfər Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarında bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdilər. Səfər, həmçinin Kəlbəcər şəhərinə qayıdan sakinlərlə görüşüb onlara evlərin açarlarının verilməsi ilə yadda qaldı. Həmin görüşdə cənab İlham Əliyev bildirdi ki, bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız. Biz ədaləti, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz, bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir: “Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq”.
Dövlət başçısı çıxışında Azərbaycanın tarixi Zəfərindən, suverenliyimizin tam bərpa olunmasından, yaratdığı reallıqlardan bəhs etdi. Vurğuladı ki, hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi.
Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli getdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bu, onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın. Kəlbəcər bir güllə atılmadan azad edildi.
Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.
Tarixi Zəfərimizin reallıqları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini daha da möhkəmləndirir. Vaşinqtonda tarixi sülh razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin, ölkəmizin artan nüfuzunun təsdiqi oldu.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

