Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır
29.08.2025 [22:14]
Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında keçirilən yüksək səviyyəli görüş qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.
Azərbaycanın xarici siyasət strategiyasında Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə Mərkəzi Asiya dövlətləri ilə formalaşmış dövlətlərarası münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması aydın şəkildə müşahidə olunur. Müasir diplomatik yanaşma dövlətlərarası münasibətlərin yalnız ortaq tarixi və mədəni köklərə deyil, eyni zamanda, regional və beynəlxalq səviyyədə ortaq geosiyasi maraqlara əsaslandığını bir daha təsdiqləyir.
Ölkəmizin başçısının Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə tarixi töhfədir. Azərbaycan Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sözügedən sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Birgə Bəyanatı qəbul edilmişdir. Bu sənəd üç ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və xalqlarımızın rifahına xidmət edən layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında imzalanmış Bəyanat əslində bu ölkələrin strategiya və dəyər birliyinin təzührüdür. İmzalanan Bəyanatın mahiyyətindən də göründüyü kimi, Bəyanatın əsas prioritet istiqamətləri ortaq tarixi-mədəni dəyərlərin, dostluq və qardaşlıq əsasında daha sıx əməkdaşlıq istiqamətində irəliləmək niyyətinin olmasıdır.
Bundan başqa, nəqliyyat-logistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır ki, bu da Orta Dəhliz çərçivəsində yükdaşımaların sürətləndirilməsi, yeni tranzit imkanlarının yaradılması və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcəkdir.
Prezident İlham Əliyevin Türkmənistana səfəri təkcə dostluq və əməkdaşlıq münasibətlərinin ifadəsi deyil, eyni zamanda, milli maraqlara əsaslanan, regional sabitlik və inkişafı hədəfləyən balanslı diplomatiyanın bariz nümunəsidir. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və mövcud geosiyasi çağırışlara qarşı çevik və prinsipial mövqeyini bir daha nümayiş etdirir. Əməkdaşlığın gücləndirilməsi nəinki region daxilində, həm də geniş Avrasiya məkanında sabitlik və tərəqqiyə töhfə verəcək.
Bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İkitərəfli və üçtərəfli formatda keçirilən danışıqlar regionda əməkdaşlıq üçün yeni imkanlar açır, xalqlarımızı birləşdirən tarixi dostluğun möhkəmlənməsinə xidmət edir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

