Mingəçevir seçicilərinin seçimi cənab İlham Əliyevdir
27.09.2013 [10:10]
Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə seçki qərargahının üzvləri Cavanşir Yusubov və Əyyub Əyyubov seçicilərlə görüş keçiriblər. Görüşdə çıxış edən seçki qərargahının üzvləri xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycanın iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatının bütün sahələrində əldə edilən uğurlardan və bu uğurlu siyasəti 10 il ərzində layiqincə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən danışaraq, sakinləri bu seçkidə də məhz YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. O, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə danışıb: “Əsasını Ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca onun mövqeləri daha da möhkəmlənir”.
C.Yusubov deyib ki, qarşıdakı seçkilərin nəticələri bir daha təsdiq edəcək ki, mingəçevirlilər Heydər Əliyev siyasi kursuna, bu kursu həyata keçirən cənab Prezident İlham Əliyevə dəstək verirlər.
Daha sonra çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Əyyub Əyyubov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasətin davamlı olması üçün qarşıdan gələn seçkilərdə bir daha cənab İlham Əliyevə səs verməliyik”.
Sonra çıxış edən seçicilər 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

