Qarabağ bu gün dirçəlişin, inkişafın və gələcəyə inamın rəmzidir
18.09.2025 [20:52]
2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olundu. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini açıq göstərirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.” Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi, dövlət rəhbərimizin qüdrətli liderliyi, yüksək siyasi və diplomatik məharəti, mükəmməl idarəçiliyi və digər bənzərsiz xüsusiyyətləri güclü dövlət konsepsiyasının uğurla reallaşmasını təmin etdi. Azərbaycanın effektiv daxili və xarici siyasəti, sosial, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə, həmçinin demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətlər də bu prosesə mühüm töhfə oldu. Bu komponentlər Azərbaycanı regionun lider ölkəsinə çevirməklə yanaşı, ona beynəlxalq miqyasda böyük nüfuz qazandırdı. Bu nailiyyətlər silsiləsində ordu quruculuğu və milli müdafiə sənayesində əldə edilən tarixi uğurlar, yüksək inkişaf göstəriciləri, eyni zamanda Silahlı Qüvvələrimizin və hərbi arsenalımızın davamlı olaraq modernləşməsi, ən müasir yenilikləri mənimsəməsi xüsusi əhəmiyyət kəsb edirdi. Əslində, bu sahə Prezident İlham Əliyevin milli inkişaf prioritetləri sırasında ilk yerdə dayanırdı, - desək yanılmarıq. Nəticə etibarilə Azərbaycan Respublikası öz vətəndaşlarının möhkəm birliyinə əsaslanaraq, güclü siyasi, iqtisadi, hərbi potensialı ilə qarşısında duran taleyüklü tarixi vəzifələri müstəqil şəkildə, təkbaşına icra etmək imkanı əldə etdi.
Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır.
2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.
Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür. Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir.
2022-ci ildə təsdiq olunmuş Dövlət Proqramına əsasən, 2022-2026-cı illərdə işğaldan azad olunmuş ərazilərə 160 min keçmiş məcburi köçkünün qaytarılması nəzərdə tutulub. Son vaxtlar keçmiş məcburi köçkünlərin qayıtdığı yaşayış məntəqələrinin siyahısının genişlənməsi Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icra edilməsini təsdiqləyir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə hər bir çətinliyi uğurla aşmağa qadirdir. Yaşadığımız son illərin tarixi xalqımızın güclü bir xalq olduğunu göstərir. Azərbaycan Respublikası gündən-günə inkişaf edir, daha da qüdrətlənir. Bu, dövlət başçımızın rəhbərliyi altında bizi çox gözəl bir gələcəyin gözlədiyindən xəbər verir.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38

