27 sentyabr arzularımızın çin olduğu gündür
23.09.2025 [20:52]
Məlum olduğu kimi, 5 il öncə, sentyabrın 27-si başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın Zəfər tarixi, xalqımızın uzun illər arzusunda olduğu azadlıq və ərazi bütövlüyünə qovuşması yolunda apardığı şərəfli mübarizəni əks etdirir.
Yeri gəlmişkən, qeyd edək ki, 1988-ci ildə Ermənistanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək istəyi ilə başlanan münaqişə, Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması ilə yeni mərhələyə keçdi. Ermənistan ordusunun hücumları nəticəsində Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edildi, bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşdü. Bu illər boyunca xalqımız daim doğma yurdlarına qayıtmaq və ərazi bütövlüyünü bərpa etmək ümidi ilə yaşadı. Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozdu və məsələnin həlli üçün uzun illər aparılan danışıqlar nəticəsiz qaldı. Bu müddət ərzində Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmadığını dəfələrlə nümayiş etdirdi. 2016-cı ilin aprel ayında Lələtəpədəki, 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər və s. bunun bariz nümunəsidir. Ermənistanın çirkin siyasətini davam etdirməsi, dinc əhaliyə mütəmadi atəş açması, ərazilərimizdə təxribatlar törətməsi dövlətin və xalqın səbir kasasını daşırdı. 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyev cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Onun müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar həmrəylik, əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Həmin günlərdə Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qarşısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının “Dəmir Yumruq” siyasətinə əməl edən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun “yenilməz ordusu” döyüş meydanında darmadağın edildi, diz çökdü. Beləliklə, 44 gündən sonra Müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında ZƏFƏR çaldı. Tarixi ədalət bərpa olundu! Azərbaycan Qarabağa qovuşdu, haqq öz yerini tutdu!
Məlumdur ki, 30 il torpaqlarımızı işğalda saxlayan, bu torpaqlarda çoxlu sayda keçilməz sədd və istehkamlar inşa edən erməniləri tarixi torpaqlarımızdan qovub çıxarmaq heç də asan məsələ deyildi. Bu, yüksək dağ şəraitində döyüşə bilən bacarıqlı, peşəkar ordu, sözün əsl mənasında dahi sərkərdə tələb edirdi. Bundan başqa, bu müharibədə qələbə qazanmaq üçün həm də həqiqi fədakarlıq, yüksək mənəvi keyfiyyətlər tələb olunurdu. Ermənistan isə müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun aparmırdı. Dinc sakinləri, mülki obyektləri, şəhər və kəndlərimizi hədəf olaraq seçirdi. Bütün bunlar qəzəb, hiddət doğururdu. Lakin bütün bunlara baxmayaraq, xalqımız qələbəyə imza ata, düşmənə tarixi dərs verə bildi.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsinin başlamasından beş il ötür. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz milli kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırdı. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Vətən Müharibəsi zamanı 3000-ə yaxın hərbçimiz şəhid oldu, 7 nəfər itkin düşdü, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılmışdır. Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.
Xüsusilə qeyd etmək lazımdır ki, 27 sentyabr Azərbaycan Prezidentinin təkcə Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə vurduğu son dərəcə ağır siyasi və hərbi zərbənin başlanğıc günüdür. Cənab İlham Əliyev müharibə müddətində şəxsi keyfiyyətlərindəki qətiyyətin, dönməzliyin diplomatik bacarıq və səriştəsi ilə vəhdətini nümayiş etdirərək bildirmişdi: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”. Bu məqamda 44 günlük Vətən Müharibəsi günlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özündə böyük mənəvi təsir gücünü daşıyan bir fikrini xatırlamaq yerinə düşər: “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”. Bəli, uca Tanrı bizə müqəddəs Qarabağ torpağını öpməyi nəsib etdi, bizi arzularımıza qovuşdurdu.
Ən əsası, 27 sentyabr həm də arzularımızın çin olduğu gündür. Qüdrətli Azərbaycan dövləti və xalqı haqq və şərəf işimiz olan Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, canı, qanı bahasına Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda dalğalandırmış şəhidlərimizin işıqlı xatirəsini daim yaşadacaq.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48

