Qəhrəmanlıq və şərəf salnaməsi
25.09.2025 [17:12]
25 sentyabr 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr anım gününə həsr edilmiş “Qəhrəmanlıq və şərəf salnaməsi” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, rayonun ictimai- siyasi həyatında fəal olan partiya üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzində yerləşən Samux Şəhidləri Kompleksinin önünə gül-çiçək dəstələri düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, bu gün bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları müqəddəs vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək yolunda hərbi siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi bir gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsi iştirakçısı şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.
Daha sonra tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Aydın Şıxəliyev, Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, 44 günlük Vətən müharibəsi veteranı Samux rayon Mərkəzi Xəstəxananın baş həkimi Loğman Hacıbədəlli, 44 günlük Vətən müharibəsi iştirakçısı qazi Səbuhi Namazov, 44 günlük Vətən müharibəsi iştirakçısı Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Gəncə -Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Qiyaslı ərazi partiya təşkilatının sədri Günay Rzayeva və partiya fəalı Leyli Süleymanova çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını, 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59

