Ulu Öndərin qayıdışı – Azərbaycanın yenidən doğuluşu
02.10.2025 [21:32]
1993-cü il Azərbaycan üçün təkcə siyasi böhranla deyil, həm də xalqın öz taleyini dəyişmək istəyilə yadda qaldı. Gənc müstəqil dövlət ağır sınaqlarla üz-üzə idi. Ölkədə anarxiya hökm sürür, hakimiyyət dəyişiklikləri ard-arda gəlir, Dağlıq Qarabağda müharibə isə artıq böyük fəlakətə çevrilmişdi. Belə bir zamanda Azərbaycan xalqı öz ümidini təcrübəli, prinsipial və dövlətçilik ənənələrinə sadiq bir liderə – Heydər Əliyevə bağladı.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev artıq sovet dövründə Azərbaycanın inkişafında mühüm rol oynamış, ölkəni geridə qalmış respublikadan qabaqcıl bir diyara çevirmişdi. O, 1969–1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə etmişdi. Onun təşəbbüsü ilə yüzlərlə məktəb, xəstəxana, zavod və mədəniyyət ocaqları tikilmiş, azərbaycanlı gənclər kütləvi şəkildə SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilmişdi. Bu dövr Azərbaycanda “qızıl illər” kimi tarixə düşdü.
1990-cı illərin əvvəllərində o, artıq siyasətdən uzaqlaşdırılmışdı. Amma ölkə dərin böhran içində boğularkən xalq yenidən ona üz tutdu. 1993-cü ilin iyununda Gəncədə baş vermiş silahlı qiyam və ölkənin dağılma təhlükəsi fonunda, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Tezliklə Ali Sovetin sədri seçildi və ölkədə nizam-intizamın bərpası istiqamətində ilk ciddi addımlar atıldı.
Lakin Azərbaycanın davamlı və güclü idarəetməyə ehtiyacı vardı. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, yalnız bir seçki yox, Azərbaycanın dirçəlişə, sabitliyə və inkişaf yoluna çıxışının simvolu idi.
Prezident kimi fəaliyyətə başladıqdan sonra Ulu öndər Heydər Əliyev dövlətçiliyin əsaslarını möhkəmləndirdi. O, daxili sabitliyi təmin etdi, beynəlxalq əlaqələri genişləndirdi, hüquqi dövlət quruculuğuna start verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji xəritəsində mühüm mövqe qazandı. 1995-ci ildə qəbul edilən Konstitusiya isə ölkədə hüquqi islahatların bünövrəsini qoydu.
Ulu Öndərin ən böyük arzusu müstəqil, güclü və bütöv bir Azərbaycan idi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri xalq arasında milli qürur mənbəyinə çevrildi. Ümummilli lider həmçinin gənclərə, təhsilə və milli-mənəvi dəyərlərə xüsusi önəm verir, gələcəyin Azərbaycanını bu prinsiplər üzərində qururdu.
Bu gün biz qürurla deyə bilərik ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, əslində Ulu Öndərin qoyduğu ordu quruculuğunun və milli birlik siyasətinin nəticəsidir. Qarabağ azaddır! Azərbaycan bu gün regionda və dünyada güclü, qalib, nüfuzlu bir dövlət kimi tanınır.
Ümummilli lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə prezident seçilməsi sadəcə bir siyasi hadisə deyildi – bu, Azərbaycanın dövlət kimi yenidən doğulması, milli qurtuluşun və sabitliyin başlanğıcı idi. O, Azərbaycan xalqının yaddaşında xilaskar lider kimi əbədi yaşayacaq.
Bu gün Ulu Öndərin arzuları gerçəkləşib – güclü, qalib və suveren Azərbaycan var! Onun ideyaları və dəyərləri müstəqil dövlətçiliyimizin əsas sütunu olaraq yaşayır və yeni nəsillərə yol göstərir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

