Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu

Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu

02.10.2025 [16:40]

Toğrul Zeynalov  ,

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin siyasi tarixində yeni bir dövr başlandı. Bu dönüş nöqtəsi Azərbaycan xalqının mürəkkəb və çətin bir dövrdə öz xilaskarına üz tutması, milli birliyin və dövlətçilik ideyalarının bərqərar olması demək idi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik, hüquqi dövlət quruculuğu və inkişaf strategiyasının əsası qoyuldu. Onun rəhbərliyi ilə ölkə vətəndaş qarşıdurmasından çıxaraq sabit və möhkəm əsaslar üzərində qurulan, gələcəyə inamla addımlayan bir dövlətə çevrildi. Heydər Əliyevin siyasətdəki üslubu onun dərin intellektinə, strateji düşüncə qabiliyyətinə, dövlət maraqlarını hər şeydən üstün tutan qətiyyətinə və xalqına sarsılmaz sevgisinə əsaslanırdı. O, hər zaman milli maraqları müdafiə edən, balanslaşdırılmış və uzaqgörən qərarlar qəbul edən, cəmiyyətin bütün təbəqələri ilə ünsiyyət qurmağı bacaran, həm xalqın, həm də beynəlxalq ictimaiyyətin etimadını qazanan lider idi. Onun siyasi üslubu realizm, prinsipiallıq, ardıcıllıq və xalqla bağlılıq üzərində qurulmuşdu. Sözlə əməl arasında harmoniya yaratmaq, mürəkkəb prosesləri sadə dildə xalqa anlatmaq və hər bir qərarında məsuliyyət hissini daşımaq Heydər Əliyev siyasətinin ayrılmaz xüsusiyyətlərindən idi. Təsadüfi deyil ki, bu gün müasir Azərbaycanın əsasını təşkil edən neft strategiyası, hüquqi dövlət konsepsiyası, xarici siyasətdə balans və daxili sabitlik onun siyasi uzaqgörənliyinin bariz nümunələridir. Heydər Əliyev üçün siyasət sadəcə idarəçilik deyil, eyni zamanda xalqa xidmətin ali forması idi. Onun müəyyən etdiyi yol bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin inkişafına, güclənməsinə xidmət edir. Siyasətdə Heydər Əliyev üslubu – bu, təkcə bir liderin fərdi keyfiyyətləri deyil, həm də tarixlə sınaqdan keçmiş, milli maraqlara söykənən, gələcəyə hesablanmış, müdrik və dayanıqlı bir dövlət idarəçiliyi fəlsəfəsidir.

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Əvəzsiz töhfələr

02 Oktyabr 18:33

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Bu qələbə əbədidir

02 Oktyabr 16:34

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Xalqının Xilaskarı

01 Oktyabr 20:41

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31