Nəsimi Rayon İcra Hakimiyyətində 1 oktyabr Ahıllar günü münasibətilə tədbir keçirilib
03.10.2025 [17:37]
1 oktyabr 2025-ci il tarixində Nəsimi Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə Ahıllar Gününə həsr olunmuş geniş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Rayon İcra Hakimiyəti başçısınn səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov, RİH başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, rayon ağsaqqalları, ziyalıları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunmasından, döyüşçülərimizin şücaətindən geniş bəhs edib. Daha sonra natiq bildirib ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Vaqif Şadlinski qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi ölkəmizdə 1993-cü ildən hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi yüksək səviyyədə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə qəbul edilmiş “Ahıllara Sosial Xidmət’’ haqqında Azərbaycan Respublikasının qanunu ahıl insanlara qayğının bariz nümunəsidir. Natiq, həmçinin, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirlən sosial siyəsətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən-ilə gücləndirilməsidir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb və bu gün də atılmaqdadır. Professor Vaqif Şadlinski çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının və Nəsimi Rayon İcra Hakmiyyətinin rayon ağsaqqallarına göstərdiyi böyük hörməti, diqqət və qayğını xüsusi vurğulayıb və təşəkkürünü bildirib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısıın müavini Zahid Xəlilov çıxış edərək bildirib ki, biz yaşlı nəslə ehtiram və qayğının nümunəsini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman yaşlı insanların qayğısına qalır, onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirirlər. Nəsimi Rayon İcra Hakmiyyəti də, öz növbəsində, rayon ağsaqqallarına daim diqqət və qayğı göstərir. Natiq çıxışına davam edərək qeyd etdi ki , memarı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası bu gün öz tarixinin ən əlamətdar hadisələrlə dolu günlərini yaşayır.Azərbaycan xalqının həyatında müstəsna əhəmiyət kəsb edən Şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının dövlət bayrağı respublikamızın hər bir yerində əzəmətlə dalğalanır.Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinin sahibidir.Tam əminliklə deyə bilərik ki , bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur .
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirdə iştirak edənləri salamlayaraq, Ahıllar Günü münasibətilə onlara xoş arzularını çatdırmış və bildirmişdir ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas prioritetlərdəndir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev öz çıxışında bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın dünyada alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatə olunublar.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyəti üzvlərinin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə hər zaman ölkəmizdə ahıllara, yaşlı nəslə, o cümlədən ağsaqqallara xüsusi diqqət və qayğı göstərilib. Təsadüfi deyil ki, Ümummilli Liderimiz ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmış, onlara daim öz dərin ehtiramını ifadə etmişdir. Bu siyasi kurs, bu nəcib missiya hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Tədbirdə, həmçinin, professorlar İmamverdi Həmidov, Qalib Qarayev və başqaları çıxış edərək gənclərin maariflənməsində ağsaqqal nüfuzundan istifadənin zəruriliyindən, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakının əhəmiyyətindən bəhs ediblər.
Çay süfrəsi arxasında davam edən tədbir səmimi fikir mübadiləsi şəraitində davam etdirilib.
Xəbər lenti
Hamısına bax
Dünya
03 Oktyabr 22:30

Dünya
03 Oktyabr 21:28

Elm
03 Oktyabr 20:50

YAP xəbərləri
03 Oktyabr 20:31

Sosial
03 Oktyabr 19:41

YAP xəbərləri
03 Oktyabr 19:01

Dünya
03 Oktyabr 18:46

Maraqlı
03 Oktyabr 18:17

Dünya
03 Oktyabr 17:52

YAP xəbərləri
03 Oktyabr 17:39

YAP xəbərləri
03 Oktyabr 17:37

YAP xəbərləri
03 Oktyabr 17:29

Maraqlı
03 Oktyabr 17:26

Xəbər lenti
03 Oktyabr 17:25

YAP xəbərləri
03 Oktyabr 17:15

Diaspor
03 Oktyabr 17:09

Dünya
03 Oktyabr 16:35

Dünya
03 Oktyabr 16:19

YAP xəbərləri
03 Oktyabr 16:08

YAP xəbərləri
03 Oktyabr 16:08

Hadisə
03 Oktyabr 15:59

Dünya
03 Oktyabr 15:53

YAP xəbərləri
03 Oktyabr 15:42

Dünya
03 Oktyabr 15:22

Dünya
03 Oktyabr 14:46

Dünya
03 Oktyabr 14:30

YAP xəbərləri
03 Oktyabr 14:14

YAP xəbərləri
03 Oktyabr 14:08

YAP xəbərləri
03 Oktyabr 13:47
Dünya
03 Oktyabr 13:34

İdman
03 Oktyabr 13:07

YAP xəbərləri
03 Oktyabr 12:42

Dünya
03 Oktyabr 12:19

Xəbər lenti
03 Oktyabr 11:47

Mədəniyyət
03 Oktyabr 11:25

Gündəm
03 Oktyabr 10:51

Siyasət
03 Oktyabr 10:49

Analitik
03 Oktyabr 10:39

Hadisə
03 Oktyabr 10:34

YAP xəbərləri
03 Oktyabr 10:27

İdman
03 Oktyabr 10:25

Sosial
03 Oktyabr 10:23

İqtisadiyyat
03 Oktyabr 10:21

İqtisadiyyat
03 Oktyabr 10:19

Analitik
03 Oktyabr 10:15

Dünya
03 Oktyabr 09:58

Analitik
03 Oktyabr 09:35

Maraqlı
03 Oktyabr 09:10

Sosial
03 Oktyabr 08:52

MEDİA
03 Oktyabr 08:26

Gündəm
03 Oktyabr 08:13

İdman
03 Oktyabr 08:02

YAP xəbərləri
02 Oktyabr 23:41

YAP xəbərləri
02 Oktyabr 23:32

YAP xəbərləri
02 Oktyabr 23:16

YAP xəbərləri
02 Oktyabr 22:56

Sosial
02 Oktyabr 22:37

YAP xəbərləri
02 Oktyabr 22:25

YAP xəbərləri
02 Oktyabr 22:10

YAP xəbərləri
02 Oktyabr 22:06

YAP xəbərləri
02 Oktyabr 21:44

YAP xəbərləri
02 Oktyabr 21:32

Siyasət
02 Oktyabr 21:16

Siyasət
02 Oktyabr 21:16

YAP xəbərləri
02 Oktyabr 21:11

YAP xəbərləri
02 Oktyabr 21:08

YAP xəbərləri
02 Oktyabr 20:59

YAP xəbərləri
02 Oktyabr 20:34

Elm
02 Oktyabr 20:12

YAP xəbərləri
02 Oktyabr 20:05
